Şəki sakini öz avtomobilini yandırdı

Şəki sakini öz avtomobilini yandırdı


Şəki sakini özünə məxsus “Jiquli”ni yandırıb.

APA-nın məlumatına görə, hadisə noyabrın 9-u saat 22:30-da Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində baş verib.

1996-cı il təvəllüdlü Şəki şəhər sakini Pərviz Mais oğlu İbadullayevə məxsus VAZ-2106 markalı, 27-BN-761 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.