Obyektiv.info
 Valyuta məzənnəsi

İnəyin köməyilə qıza eşq elan etdi: Qız razılıq verdiyindən ilk dəvətnamə inəyə göndərildi...

Tarix:3-09-2018, 15:38

İnəyin köməyilə qıza eşq elan etdi: Qız razılıq verdiyindən ilk dəvətnamə inəyə göndərildi...


Şotlandiyadan olan fermer sevdiyi qıza təklifini inəklərindən birinin üzərinə “mənə ərə gələrsən?” sözlərini yazmaqla bildirib.

Gələcək adaxlı deyir ki, hamıdan çox Qıvrımsaç adlı inək onun sevdiyi qızın xoşuna gəlirdi. Əvvəlcə fermerin sevgilisi inəyin böyrünə nəsə yazıldığını görüb, amma inək o biri böyrünə çevrildiyindən yazını oxuya bilməyib. İnək cütlüyə tərəf yaxınlaşır və qız yazılmış sualı oxuyanda artıq ona vurulmuş oğlan əlində üzük qarşısında diz çökmüşdü.

Qız gənc oğlana razılıqla cavab verib. Sonra o sosial şəbəkələrdə həmin yazı ilə inəyin şəklini paylaşıb. Fermer deyib ki, Qıvrımsaça da toy dəvətnaməsi göndərəcək, amma bilmir ki, inək dəvəti qəbul edəcək, ya yox...

Əvvəllər də 28 yaşlı London sakini sevdiyi qıza təklifini kənd təsərrüfatı üslubunda etmişdi. Cavan oğlan sevgilisinə vertalyotda gəzmək təklif edir və onlar qarğıdalı tarlasının üzərindən uçanda.., qız tarlada iri yazı görür: ”Mənə gələrsən?”

Oxunub: 177



XƏBƏR LENTİ