Obyektiv.info
 Valyuta məzənnəsi

Ağdam sakinləri genişmiqyaslı kampaniyada fəal iştirak ediblər

Tarix:6-12-2019, 21:06

Ağdam sakinləri genişmiqyaslı kampaniyada fəal iştirak ediblər
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda, o cümlədən Ağdam rayonunda da böyük razılıqla qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 6-da Ağdam rayon sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun minlərlə ağac tinginin əkilməsində iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.

Oxunub: 297



XƏBƏR LENTİ