Obyektiv.info
 Valyuta məzənnəsi

İsmayıllıda taxıl biçini uğurla davam edir

Tarix:23-06-2020, 21:05

İsmayıllıda taxıl biçini uğurla davam edir


İsmayıllıda taxıl biçilir, yüksək məhsuldarlıq gözlənilir. Qubaxəlilli, Xəlilli, Gəraybərli, Aşağı Zərnava, Kəlbənd və Kürdmaşı kəndlərində arpa biçini yekunlaşıb, buğda biçini davam edir. İvanovka, Soltankənd, Qalagah, Hacıhətəmli, Mollaisaqlı və digər kəndlərdə arpa biçininə başlanılıb.

Bu günə qədər 4490 hektarlıq ərazidən arpa, 1780 hektarlıq sahədən buğda əldə olunub. Hazırda məhsuldarlıq, orta hesabla, hər hektara düşən 34.5 sentner buğda, 31.5 sentner arpadan ibarətdir. İşlərə 38 kombayn cəlb edilib.

Xatırladaq ki, rayonda 2019-cu ilin payızında ümumən 22 min 712 hektarlıq sahədə buğda, 7428 hektarlıq ərazidə arpa əkilib. Həmçinin, cari ilin yazında 0.5 hektarlıq sahədə buğda və 22 hektarlıq ərazidə arpa toxumu səpilib.

İsmayıllıda taxıl biçini uğurla davam edir
İsmayıllıda taxıl biçini uğurla davam edir
İsmayıllıda taxıl biçini uğurla davam edir
İsmayıllıda taxıl biçini uğurla davam edir
İsmayıllıda taxıl biçini uğurla davam edir
İsmayıllıda taxıl biçini uğurla davam edir

Oxunub: 132



XƏBƏR LENTİ