Obyektiv.info
 Valyuta məzənnəsi

Beyləqanda yas mərasimi keçirənlər cərimələnib

Tarix:11-08-2020, 03:17

Beyləqanda yas mərasimi keçirənlər cərimələnib

Beyləqan Rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Oxunub: 51



XƏBƏR LENTİ