Obyektiv.info
 Valyuta məzənnəsi

Ağdam rayonuna iki ədəd yeni təcili tibbi yardım avtomobili verilib

Tarix:14-09-2020, 20:07

Ağdam rayonuna iki ədəd yeni təcili tibbi yardım avtomobili verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə gətirilən yeni təcili tibbi yardım avtomobillərindən ikisi Ağdam rayonuna verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Türkiyədə istehsal olunan “Fiat Doblo Maxi XL” markalı avtomobillərə baxış keçirilib. Bildirilib ki, Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən bu cür maşınların ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir.
Yeni “Fiat Doblo Maxi XL” markalı təcili tibbi yardım avtomobilinin gətirilməsi ilə əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyəti və səmərəliliyi daha da artırılacaq.Ağdam rayonuna iki ədəd yeni təcili tibbi yardım avtomobili verilib
Ağdam rayonuna iki ədəd yeni təcili tibbi yardım avtomobili verilib
Ağdam rayonuna iki ədəd yeni təcili tibbi yardım avtomobili verilib
Ağdam rayonuna iki ədəd yeni təcili tibbi yardım avtomobili verilib

Oxunub: 52



XƏBƏR LENTİ