Azərbaycan F-16 və “Saab” qırıcıları ilə maraqlanır » Obyektiv.info

Azərbaycan F-16 və “Saab” qırıcıları ilə maraqlanır

Azərbaycan F-16 və “Saab” qırıcıları ilə maraqlanır


Azərbaycan özünün Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan sovet istehsalı MiQ-29 qırıcılarını gələcəkdə yeniləmək üçün bir neçə variantı nəzərdən keçirir. Ən çox ehtimal olunan variant Türkiyə yığımı olan və ya ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində olub istismardan çıxarılan F-16 “Fighting Falcon”, habelə Pakistan-Çin istehsalı olan yüngül JF-17 Thunder qırıcılarıdır.

Bu barədə “Voennoe obozrenie” (“Hərbi icmal”) nəşrində dərc olunan və Azərbaycanın hava, havadan və raketdən müdafiə qüvvələrinin imkanlarının təhlil olunduğu, “açıq mənbələrdən toplanmış informasiyalar” əsasında hazırlanmış geniş təhlildə bildirilir.



Nəşr bildirir ki, Azərbaycan nümayəndələri bunlardan əlavə İsveç istehsalı olan yüngül Saab JAS 39 Gripen və Rusiya istehsalı olan çoxfunksiyalı Su-30MK qırıcılarını da əldə etmək üçün zəmin yoxlayıblar. Lakin Saab Jas 39 Gripen qırıcılarının Azərbaycana mümkün təchizatını İsveç qanunvericiliyi əngəlləyir. Bu qanunvericiliyə görə qonşuları ilə ərazi mübahisələri olan ölkələrə silahların satılması qadağandır. Bundan əlavə İsveç qırıcıları Amerika istehsalı olan mühərriklərlə, silahlarla və cihazlarla təchiz edilir ki, deməli bu təyyarələri əldə etmək üçün ABŞ-ın da icazəsi lazımdır.

Məqalədə deyilir ki, Rusiyanın Su-30MK qırıcıları Saab JAS 39 Gripen və JF-17 Thunder qırıcılarına nisbətən daha böyük imkanlara malikdir. Lakin Rusiya bu qırıcıları satsa Azərbaycan Ermənistan üzərində ciddi üstünlük əldə edəcək. Bu da persektivdə regionda situasiyanı gərginləşdirə bilər.



Rusiya nəşri Azərbaycanın son illər Hava Hücumundan Müdafiə qüvvələrini də təkmilləşdirdiyini, müxtəlif tipli çoxsaylı hava hücumundan müdafiə vasitələri əldə etdiyini və ya sovet ordusundan miras qalan texnikanı moderləşdirdiyini yazır. Bildirilir ki, Azərbaycanın hava hücumundan müdafiə vasitələri nəinki ölkə ərzisində, eləcə də qonşu ölkələrin üzərində uçan hava hədəflərini vurmaq imkanındadır.



Sayt yazır ki, Azərbaycan regionda ən güclü radar sistemlərinə malik ölkələrdən biridir. Son illər Azərbaycan Ukrayna və Belarusla yanaşı İsraildən üçkoordinatlı ELM-2288 AD-STAR və ELM-2106NG radilokatorlarını əldə edib. Bu radiolokatorlar zenit-raket komplekslərinin hərəkətini idarə etməklə yanaşı qırıcıları da yönləndirir, habelə hava trafikini nizamlaya bilir. ELM-2288 AD-STAR kompleksi 480 kilometr məsafədən hədəfləri qeydə alıb izləyir.



ELM-2106NG isə aşağıdan uçan təyyarələri, vertolyotları və pilotsuz aparatları 90 kilometr məsafədən izləmək imkanındadır. Bildirilir ki, böyük ehtimalla həmin radarlar İsraildən “Barak-8” zenit-raket kompleksinin alınmasına dair müqavilə çərçivəsində əldə edilib. Hansı ki, Azərbaycan İsraildən “Barak-8” komplekslərinin yerüstü variantını alan ilk ölkədir. Bu komplekslər ballistik və operativ-taktiki raketləri, o cümlədən yüksək manevrli raketləri izləyib vurmaq imkanındadır.

Habelə məlumat var ki, Azərbaycan ərazisində İsrail istehsalı olan erkən raket xəbərdarlığı sistemi “Green Pine” fəaliyyət göstərir. Stokolmdakı sülh problemləri institutu SIRRI öz hesabatında bildirir ki, bu raket əleyhinə radarlın alınmasına dair müqavilə 2011-ci ildə bağlanıb. “Green Pine” radarının əsas təyinatı hücum edən operativ-taktiki raketləri aşkar edib hədəf barədə məlumatları “Barak-8” və S-300 PMU “Favorit” komplekslərinə ötürməkdir.

“İranın hava məkanından Suriyaya tranzit uçan Rusiya təyyarələrinin radiotexnik kəşfiyyat vasitələri əvvəllər müntəzəm olaraq Rusiya-Azərbaycan sərhədində və Xəzər dənizi üzərində güclü radiolokatorların işlədiyini qeydə alıblar. Hazırda Azərbaycanın bütün ərazisi büsbütün radiolokasiya sahəsidir və müxtəlif tipli radiolokatorlar tərəfindən çoxqatlı şəkildə örtülüb. Bundan əlavə Azərbaycan radiolokatorları hətta respublikanın hüdudlarından xarici də izləyə bilir. Ümumiyyətlə, Azərbaycan kifayət qədər balanslaşdırılmış və mükəmməl havadan müdafiə sisteminə malikdir, bu sistem potensiaı təcavüzkarı ciddi itkilərə məruz qoya, mühüm hərbi və inzibati-siyasi obyektləri, hərbi bölmələri havadan zərbələrdən qoruya bilər”-sayt yazır.

Virtualaz.org

Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:17
TRAMP SURİYADA AMERİKALI DÖYÜŞÇÜLƏRİ ƏRƏBLƏRLƏ ƏVƏZLƏMƏK İSTƏYİR
18:15
Teatrda həftəsonu nələr olacaq?
17:12
“Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
16:11
Rakitiç qayıtdı
15:22
Publisist Karapetyan: `Şəxsən mənə Qarabağ lazım deyil`
15:09
AĞ EVDƏ BOMBARDMANDAN SONRA QIZĞIN MÜZAKİRƏ:Suriyadan çəkilməli, yoxsa qalmalı?
14:04
“Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”
13:07
Sərxoş icra başçısı şəhidləri söydü - Azərbaycanda
12:58
Azərbaycanlı milyarderin 18 yaşlı oğlu lüks həyatını belə nümayiş etdirir - VİDEO
12:15
“Rusiya ya Ermənistanı tam işğal edəcək, ya Sərkisyanı dəyişdirəcək...”
12:01
Ramiz Mehdiyev “Broker Əbülfəz”in sonunu gətirdi: gömrükdə dilənçilik...
11:42
Falçının zorladığı qızlardan şok açıqlamalar - Bakıda dəhşətli olay
11:05
İRANA HƏR TƏRƏFDƏN BASQI BAŞLAYIB:QONŞU ÖLKƏ 12 MAYA HAZIRLAŞIR
10:27
Bu da Dubayın zəngin övladları - Fotolar
10:11
Qarabağ da, Sərkisyan da bizə lazım deyil - Karapetyan
10:00
Elmar Vəliyev Abutalıbovun postu arzusuna çatmadı - ağzısöyüşlü və...
09:44
İlham Əliyev Şahin Mustafayevi baş nazir təyin edir
09:37
Yüzlərlə insan EDAM OLUNDU: Aralarında azərbaycanlı və türk qadınlar da var
08:51
Məşhur kolbasa şirkəti donuz salosunu xalqa halal ət kimi yedizdirir - Şok!!!
08:49
Ziya Məmmədov pullarını ölkədən çıxarır
01:24
"Fındıq boyda beyninizi yormayın"
00:06
Bakıda üçüncü dünya müharibəsinin qarşısını almaq üçün - ABŞ və Rusiya generalları görüşdü - TƏHLİL
23:35
Sarkisyanı gözləyən 3 BÖYÜK TƏHLÜKƏ
22:58
Nazirin icra başçısı olan qardaşına 200 minlik sensasion ittihamlar
22:15
Hüseyn Bağırovun görmədiyi İŞBAZLARIN biznesi ekoloji fəlakət yaradıb – VİDEO + FOTOLAR
21:56
“Bakcell”dən yenə oğurluq, yenə fırıldaq, soyğun - prezidentə faktlar...
20:54
HEYVAN OTARAN KƏNDLİ ÇİN PREZİDENTLİYİNƏ NECƏ YÜKSƏLDİ?
20:19
“Barselona” Umtitinin qiymətini qaldırır – 250 milyon
19:53
Ələ yapışdırılan "display"
17:49
Cavad Zərifin Mərkəzi Asiya həmləsi:İran itirdiyi strateji hədəfləri bərpa etməyə çalışır - TƏHLİL
16:48
Şirəliyevin rüşvətxor səhiyyəsindən kadrlar da naziri silkələmədi
15:46
"Bu şəklimə də "vedrə bağlayın"
14:45
Müharibə BAŞLAYIR? - Ərazilərin qaytarılması üçün PLAN HAZIRLANDI
14:16
Canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın - GİLEY
13:44
Neymar yaşıl meydana dönəcəyi vaxtı açıqladı
13:15
Röyadan Tolikin söyüşlərinə KƏSKİN CAVAB: “Nəslinizin yeddi qatından...”
12:41
Milli Şura ilə Müsavatın mitinq yolları ayrıldı: parçalanmanın - Gizlinləri...
12:36
Qardaşından hamilə qalan məktəbli qızla bağlı MÜƏMMA - "Nümunəvi ailə olub"
11:38
ABŞ-dan XAİN PLAN - Üç ölkə Türkiyə ilə SAVAŞA GÖNDƏRİLİR
11:08
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
10:40
Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?
10:39
Hökumət Mehriban Əliyevaya verilir - Nazirlər kabineti ləğv edilir - İDDİA
10:27
Azərbaycan Ermənistandakı etirazlardan istifadə edə bilər, ancaq... - TƏHLİL
10:00
AXCP qarışdı: Əli Kərimli iqtidarla gizli danışıqlara gedir
09:37
Suriyada İsraillə növbəti müharibə:general Süleymani Qərbin "daşınmaz əmlakı" ilə açıq mübarizəyə hazırlaşır - TƏHLİL
09:29
Yeni kabinetdə baş nazir olmaya da bilər - "Qanuna görə..."
Bütün xəbərlər

Təqvİm

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yuxarı