PUTİNLƏ DAHA 6 İL…- Rusiya prezidentinin seçkidən əvvəl verdiyi böyük vədlər: 15 trilyon hardan gələcək? » Obyektiv.info

PUTİNLƏ DAHA 6 İL…- Rusiya prezidentinin seçkidən əvvəl verdiyi böyük vədlər: 15 trilyon hardan gələcək?

PUTİNLƏ DAHA 6 İL…- Rusiya prezidentinin seçkidən əvvəl verdiyi böyük vədlər: 15 trilyon hardan gələcək?


Vladimir Putin gözlənildiyi kimi, seçkiləri uddu. Və səslərin 73,9 faizini toplayaraq yenidən prezident seçildi. Rus xalqı qarşıdakı 6 ildə də Putinin rəhbərliyi altında yaşamalı olacaq. İndi ölkə vətəndaşlarını maraqlandıran suallardan biri də hökumətin seçkidən əvvəl verdiyi vədlərdən hansılarını yerinə yetirəcəyidir.



Putin nə vəd edir?


"Rusiya naminə birlikdə böyük bir işə başlayacağıq", – deyə Putin martın 18-i axşam Moskvada Manej meydanına toplaşan insanlara müraciətində bildirdi. Həmin anlarda bütün seçki məntəqələri qapadılmışdı. Və Putin faktiki olaraq qələbə nitqini söyləyirdi. Seçkiyə iki gün qalmış isə Putin öz administrasiyasına qarşıdakı 6 il üçün milli hədəfləri myəyyənləşdirmək tapşırığı vermişdi.

Milli hədəflər əsasən sosial-iqtisadi sahələri əhatə edir. Onların arasında dünyanın 5 nəhəng iqtisadiyyatından biri olmaq, iqtisadi artımı təmin etmək, əhalinin real gəlirlərini və pensiyaları artırmaq var.

Belə hədəflərdən biri də ölkədə yoxsulluğun səviyyəsini iki dəfə azaltmaqdır. Putinin tapşırıqları arasında xeyli sayda sosial və demoqrafik məsələlər var. Məsələn, əhalinin sayını artırmaq, orta ömür həddini 2024-cü iləcək 78-ə, 2030-cu ilədək 80-nə qaldırmaq.

Rusiya Statistika Komitəsinin məlumatına görə, ötən il Rusiyada orta ömür həddi 73 yaş olub.



Hər il 5 milyon ailə…


Putin vəd verib ki, hər il ən azı 5 milyon ailənin yaşayış şəraitini yaxşılaşdıracaq.

O həmçinin Rusiya prezident administrasiyasının rəhbəri Anton Vaynoya göstəriş verib ki, aprelin 15-nə qədər infrastrukturun qurulması proqramının hədəf göstəricilərini işləyib hazırlasın.

Federal Şuraya müraciətində Putin yolları, hava limanlarını, liman və şəhərləri yeniləyəcəklərinə də vəd verdi.

Daha bir təlimat ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair tədbirlərin işlənib hazırlanması ilə bağlı oldu. Putin söz verdi ki, növbəti onilliyin ortalarında kiçik biznesin ÜDM-dəki payı 40 faiz təşkil edəcək.

Prezident eyni zamanda səhiyyə və təhsilə daha çox vəsait ayıracaqlarını, əmək məhsuldarlığının artımını sürətləndirəcəklərini bildirdi.



Vədlər yerinə yetiriləcəkmi?



Ekspertlər isə hesab edir ki, sanksiyalar, aşağı artım tempi və sərt büdcə siyasəti şəraitində Putinin bu vədləri yerinə yetirməsi çətin olacaq.

Rusiya İqtisadi İnkişaf Nazirliyi isə vədlərin reallaşmasını mümkün sayır. Bir şərtlə ki, struktur islahatları aparılsın. Nazirliyin proqnozuna görə, 2020-ci ilə Rusiya iqtisadiyyatının artım tempi 3,1 faizə yüksələcək.

Əksər proqnozlara görə isə Rusiya iqtisadiyyatını artım tempinin zəifləməsi gözləyir. Məsələn, "Fitch" reytinq agentliyinin son hesabatında Rusiya hökumətinin islahatlar aparacağına şübhə ilə yanaşılıb. Agentlik 2018-2019-cu illərdə Rusiya iqtisadiyyatının artım tempinin hökumətin elan etdiyi kimi 3,1 faizə yox, cəmi 2 faizə çatacatını düşünür.



Vergilər artacaq?



Putin deyir ki, qarşıya qoyulan hədəflər üçün hökumət ən azı 15 trilyon rubl vəsait ayırmalıdır. Lakin Rusiya prezidenti bu maliyyələşmənin nəyin hesabına olacağına aydınlıq gətirməyib.

Yerli ekspertlər hesab edir ki, vədləri yerinə yetirmək üçün Rusiya dövlət borcunun həcmini artıra bilər. Başqa bir ekspert isə vergilərin artırılacağını istisna etmir. Və artımın seçkidən az sonra ola biləcəyini deyir.

Hökumətin büdcə siyasətində nə dəyişiklik olacaq? Ekspertlərə görə, xərclər azaldılacaq, dövlət sektorunun əmək haqları və pensiyalar inflyasiya ilə indekslənəcək.

Putinin Federal Şuradakı çıxışında müdafiə və yeni silahlara geniş yer ayırmasını əsas gətirən ekspertlər hesab edirlər ki, bu, hərbi xərclərin "qayçılanmayacağı" anlamına gəlir.

Rusiya prezidenti ötən ilin dekabrında keçirdiyi geniş mətbuat konfransında dabildirmişdi ki, 2018-ci ildə hökumət orduya 2,8 trilyon rubl xərcləməyi planlaşdırır.

Bəzi ekspertlər hökuməti tənqid edərək müdafiə sahəsinə ayrılan xərcləri azaltmağa, bunun əvəzinə təhsil və səhiyyəyə daha çox pul ayırmağa çağırıblar. Putinin isə bu iradlara cavabı belə olub: "Biz birinci öz təhlükəsizliyimizi təmin etməliyik. İkincisi də, elə etməliyik ki, bu, iqtisadiyyatın çöküşünə gətirib çıxarmasın. Biz məhz buna çalışırıq…".

Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:17
TRAMP SURİYADA AMERİKALI DÖYÜŞÇÜLƏRİ ƏRƏBLƏRLƏ ƏVƏZLƏMƏK İSTƏYİR
18:15
Teatrda həftəsonu nələr olacaq?
17:12
“Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
16:11
Rakitiç qayıtdı
15:22
Publisist Karapetyan: `Şəxsən mənə Qarabağ lazım deyil`
15:09
AĞ EVDƏ BOMBARDMANDAN SONRA QIZĞIN MÜZAKİRƏ:Suriyadan çəkilməli, yoxsa qalmalı?
14:04
“Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”
13:07
Sərxoş icra başçısı şəhidləri söydü - Azərbaycanda
12:58
Azərbaycanlı milyarderin 18 yaşlı oğlu lüks həyatını belə nümayiş etdirir - VİDEO
12:15
“Rusiya ya Ermənistanı tam işğal edəcək, ya Sərkisyanı dəyişdirəcək...”
12:01
Ramiz Mehdiyev “Broker Əbülfəz”in sonunu gətirdi: gömrükdə dilənçilik...
11:42
Falçının zorladığı qızlardan şok açıqlamalar - Bakıda dəhşətli olay
11:05
İRANA HƏR TƏRƏFDƏN BASQI BAŞLAYIB:QONŞU ÖLKƏ 12 MAYA HAZIRLAŞIR
10:27
Bu da Dubayın zəngin övladları - Fotolar
10:11
Qarabağ da, Sərkisyan da bizə lazım deyil - Karapetyan
10:00
Elmar Vəliyev Abutalıbovun postu arzusuna çatmadı - ağzısöyüşlü və...
09:44
İlham Əliyev Şahin Mustafayevi baş nazir təyin edir
09:37
Yüzlərlə insan EDAM OLUNDU: Aralarında azərbaycanlı və türk qadınlar da var
08:51
Məşhur kolbasa şirkəti donuz salosunu xalqa halal ət kimi yedizdirir - Şok!!!
08:49
Ziya Məmmədov pullarını ölkədən çıxarır
01:24
"Fındıq boyda beyninizi yormayın"
00:06
Bakıda üçüncü dünya müharibəsinin qarşısını almaq üçün - ABŞ və Rusiya generalları görüşdü - TƏHLİL
23:35
Sarkisyanı gözləyən 3 BÖYÜK TƏHLÜKƏ
22:58
Nazirin icra başçısı olan qardaşına 200 minlik sensasion ittihamlar
22:15
Hüseyn Bağırovun görmədiyi İŞBAZLARIN biznesi ekoloji fəlakət yaradıb – VİDEO + FOTOLAR
21:56
“Bakcell”dən yenə oğurluq, yenə fırıldaq, soyğun - prezidentə faktlar...
20:54
HEYVAN OTARAN KƏNDLİ ÇİN PREZİDENTLİYİNƏ NECƏ YÜKSƏLDİ?
20:19
“Barselona” Umtitinin qiymətini qaldırır – 250 milyon
19:53
Ələ yapışdırılan "display"
17:49
Cavad Zərifin Mərkəzi Asiya həmləsi:İran itirdiyi strateji hədəfləri bərpa etməyə çalışır - TƏHLİL
16:48
Şirəliyevin rüşvətxor səhiyyəsindən kadrlar da naziri silkələmədi
15:46
"Bu şəklimə də "vedrə bağlayın"
14:45
Müharibə BAŞLAYIR? - Ərazilərin qaytarılması üçün PLAN HAZIRLANDI
14:16
Canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın - GİLEY
13:44
Neymar yaşıl meydana dönəcəyi vaxtı açıqladı
13:15
Röyadan Tolikin söyüşlərinə KƏSKİN CAVAB: “Nəslinizin yeddi qatından...”
12:41
Milli Şura ilə Müsavatın mitinq yolları ayrıldı: parçalanmanın - Gizlinləri...
12:36
Qardaşından hamilə qalan məktəbli qızla bağlı MÜƏMMA - "Nümunəvi ailə olub"
11:38
ABŞ-dan XAİN PLAN - Üç ölkə Türkiyə ilə SAVAŞA GÖNDƏRİLİR
11:08
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
10:40
Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?
10:39
Hökumət Mehriban Əliyevaya verilir - Nazirlər kabineti ləğv edilir - İDDİA
10:27
Azərbaycan Ermənistandakı etirazlardan istifadə edə bilər, ancaq... - TƏHLİL
10:00
AXCP qarışdı: Əli Kərimli iqtidarla gizli danışıqlara gedir
09:37
Suriyada İsraillə növbəti müharibə:general Süleymani Qərbin "daşınmaz əmlakı" ilə açıq mübarizəyə hazırlaşır - TƏHLİL
09:29
Yeni kabinetdə baş nazir olmaya da bilər - "Qanuna görə..."
Bütün xəbərlər

Təqvİm

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yuxarı