Suriyada İsraillə növbəti müharibə:general Süleymani Qərbin "daşınmaz əmlakı" ilə açıq mübarizəyə hazırlaşır - TƏHLİL » Obyektiv.info

Suriyada İsraillə növbəti müharibə:general Süleymani Qərbin "daşınmaz əmlakı" ilə açıq mübarizəyə hazırlaşır - TƏHLİL

Suriyada İsraillə növbəti müharibə:general Süleymani Qərbin "daşınmaz əmlakı" ilə açıq mübarizəyə hazırlaşır - TƏHLİL


Tomas L. Fridman

“The New York Times”



Əvvəl eşitməmiş ola bilərsiniz: Suriya partlayacaq. Bəlkə də, bunu əvvəl də eşitmişiniz, amma bu dəfə həqiqətən partlayacaq. Çünki rejimini cəzalandırmaq üçün birləşmiş ABŞ, Böyük Britaniya və Fransadan başqa, daha bir ölkə hücuma hazırlaşır və bu, Suriyada ikinci ən təhlükəli qarşıdurma olacaq.

Hətta daha təhlükəli. İsrail və İran qarşıdurması. Bu, sadəcə fərziyyə deyil. Son bir neçə həftədə və ilk dəfə İsrail və İran Suriyada vəkillərinin vasitəsilə deyil, birbaşa sakit müharibəyə başlayıb.

Bu sakit mərhələ tezliklə bitə bilər.

İsrail və İran indi sonrakı səviyyəyə çıxmağa tam hazırdır. Əgər bu, baş verərsə, ABŞ və Rusiyanın seyrçi qalması çətin ola bilər.

Bir neçə gün əvvəl Suriya-İsrail sərhədində müşahidə etdiklərimi izah etməyə çalışım. Oradan, BMT müşahidəçilərinin yerləşdiyi nöqtədən Colan Təpələri ovuc içi kimi görünür.

ABŞ, Böyük Britaniya və Fransa qanadlı raket hücumu son əməliyyat kimi görünmür və təsir faktı danılmazdır. Rusiya və Suriya hökuməti ölkənin qərb hissəsinə nəzarət edir və koalisiyanın Suriyada iştirak səviyyəsini artırmağa marağı yoxdur.

Ən çox ehtimal olunan və narahatlıq doğuran – İsrail və İran arasında birbaşa döyüşüdür.

İlk raund fevral ayında baş verib. Suriyanın T4 hava bazasında fəaliyyət göstərən İnqilab Keşikçilərinin “Qüds” Korpusu tərəfindən İran dronu İsrail hava məkanına nüfuz etdikdə, İsrailin “Apache” helikopterindən atılan raketlə vurulub.

İlkin hesabatlara görə, İran PUA-sı kəşfiyyat missiyası yerinə yetirib. Ancaq İsrail ordusunun sözçüsü general Ronen Manelis deyib ki, RUA-nın partlayıcısı olub və guya İsrail ərazisində təxribat aktı törətmək istəyib.

Bu iddianı təsdiqləmək imkanım yoxdur. Amma əslində, israillilərin bu bəyanatı həyəcan doğurur. Ola bilsin ki, Qasim Süleymani Suriyadakı hava bazasından, yalnız kəşfiyyat deyil, İsrailə həqiqi hərbi zərbə vurmağa çalışıb.

İsrailin bir hərbi mənbəyi mənə dedi: “İlk dəfədir ki, İran İsrailə qarşı həmləyə keçib, bu, yeni mərhələnin başlanğıcıdır”.

Bu, əlbəttə, aprelin 9-da İranın T4 bazasına raket həmləsini izah edir. O həm də uzun hekayət ola bilərdi: İsrail yeddi “Qüds” üzvünü, o cümlədən bir polkovniki – Mehdi Dehqanı öldürüb və İsrailin hərbi mənbəyi deyir: “Bu, İran hədəflərinə – həm obyektləri, həm də insanlarına – ilk hücum idi”.

İran tərəfi yarımrəsmi “Fars” xəbər agentliyi vasitəsilə nəinki itkilərini, həm də İsraildən qisas alınacağını açıq şəkildə bəyan edib.

Ali liderin müşaviri Əli Əkbər Vilayəti Suriyaya səfəri zamanı deyib: “Bu cinayət cavabsız qalmayacaq!”

O vaxtdan bəri İsrailin yüksək vəzifəli müdafiə rəsmiləri bildiriblər ki, əgər iranlılar İsrail hədəflərini vursa, İsrail İrana geniş hərbi zərbə endirəcək.

Bu vəzifəli şəxslər, həmçinin qeyd edirlər ki, “Hizbullah”ın kütləvi raket təhlükəsi yaratmaq imkanı var.

Hətta Əsədin kimyəvi silah istifadə etmədiyi halda, ABŞ, Fransa və Britaniya cəzası olmadan belə, indi mövcud təhlükəli vəziyyəti başa düşmək olar.

İran iddia edir ki, o, Suriyada bazalar yaratsa da, Suriyaya daimi qalmağa dair heç bir planı yoxdur, lakin o, Suriyada Əsəd kimi bir iblis yaradıb.

İranın Körfəzdəki təhlükəsizlik problemlərini başa düşürəm; o, bölgədə nüfuzunu pozmağa çalışan bir sıra düşmən, amerikapərəst sünni ərəb dövlətlərinin əhatəsindədir. İran baxımından, bu – təhlükədir.

Amma İranın Suriyada nə işi var?

İndi, Əsədin əsasən üsyançıları əzməsinə kömək etdikdən sonra, Tehranın Suriyada raket fabrikləri şəbəkəsini yaratmaq cəhdi, deyəsən, “Qüds” qvardiyasının lideri Süleymaninin sünni Ərəb dünyası və prezidenti Həsən Ruhani əleyhinə eqo mübarizəsitək görünür. Süleymani “Qüds” qüvvələrinin vəkilləri vasitəsilə dörd ərəb paytaxtına: Şam, Beyrut, Bağdad və Sənaya az-çox nəzarət edir.

İran bu gün Ərəb dünyasında ən böyük “işğalçı qüvvə” halına gəlib. Ancaq Süleymani, xüsusilə İrandan uzaq, Suriyada İsraillə qarşılaşma vəziyyətində, “hava örtüyü” olmadan uduza bilər.

(Axır ki, əksər orta statistik iranlılar nüvə proqramı ilə bağlı sanksiyaların qaldırılmasının nəticəsi olaraq milyardlarla dolların Suriya, Livan və Yəməndə sərf edilməsinə etiraz ediblər).

Əlbəttə, İran hələ cavab verməyib. Süleymani İsraillə tammiqyaslı, birbaşa müharibəyə başlamaq üçün iki dəfə düşünmək məcburiyyətindədir, çünki İran valyutası çökür.

İran rialı “uzun və xaotik xətlərin qarşısını almaq üçün qapılarını bağlamaq məcburiyyətində qalıb, iranlılar ümidsiz bir şəkildə ABŞ dolları əldə etməyə çalışarkən, iqtisadi və siyasi qeyri-müəyyənliklər rekord səviyyəyə çatıb”.

Rial bu il dəyərinin üçdə birini itirib, bu hadisə davam edənə oxşayır.

Bundan başqa, İsrailin hərbi rəsmiləri Rusiya prezidenti Vladimir Putin və Süleymaninin artıq təbii müttəfiqlər olduğuna inanırlar. Putin sabit Suriya, kuklası Bəşər Əsədin nəzarət altında ola bilən Suriya istəyir. Rusiyanın dəniz və hava varlığını qoruya bilməsi və yenidən super güc kimi görünməsi lazımdır.

İran prezidenti Ruhani də, ehtimal ki, Əsədin gücünü möhkəmləndirdiyi və İran büdcəsi üzərində oturmayan sabit Suriyaya üstünlük verir. Lakin Süleymaninin və “Qüdr” qüvvələrinin Ərəb dünyasında daha çox üstünlük qazanmağa və İsrailə daha çox təzyiq göstərməyə çalışdığı görünür.

Süleymani geri çəkilməzsə, Suriyadakı qalıcı qüvvə – İranın “Qüds” qüvvəsi “daşınmaz əmlak”la qarşılaşacaq – İsraillə.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:22
Dustlaqlar `Şakro Maladoy`u belə qarşılayıb - VİDEO
00:13
Məmur uşaqları kefdə, kasıb balaları səngərdə: evin tək oğluna reaksiyalar...
00:06
Şou-biznes əhlinin narkotik “sevgisi” - NARKOMAN MƏŞHURLAR
23:25
ABŞ İRANI İÇDƏN DAĞITMAQ İSTƏYİR:Tehran geriyə addım atacaqmı? - TƏHLİL
23:25
Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı – DUBAYDA “OĞRU” ADI ALACAQDI
23:24
Məktəblini qamışlığa və tualetə saldı, zorladı, videoya çəkdi, sonra... - Cəlilabadda ŞOK OLAY
22:04
Səməd Seyidovun zərbəsi: AŞ PA-dakı mandatından istefa verəcəkmi?
22:02
“Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi vətən xainidir”
21:28
"Grand Hospital"dan çıxarılan həkimlər üsyan etdi - "Adamın kişiliyi, mərdliyi olar"
21:12
Sahil Babayevə müdhiş dosye: İmişli TSEK-də “əlillik bazarı” açılıb - Detallar
20:51
Beren Saat və Kənan Doğulu ayrılıb?
20:22
Elza indi də qara fata taxdı
20:07
ƏRDOĞAN SİYASİ ÇAĞIRIŞLA PULUN CİNGİLTİSİNİ AYIRD EDƏ BİLİR –Türkiyə-İsrail ticarət dövriyyəsi 4,3 milyard $-a çatıb
19:29
Əli Həsənovdan Rüstəm İbrahimbəyovla bağlı ÇAĞIRIŞ - "Milli mənsubiyyətini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"..."
19:29
Nazirliklərdə boşalan yüksək POSTLAR - Bu vəzifələrə təyinat OLACAQ
19:09
Səlim Müslümovun sosial yardım hoqqaları - İTTİHAM
18:53
Cavanşir Feyziyevi “Avromed”lə nə bağlayır? - Deputat saytları HƏDƏLƏDİ
18:49
Əmrə Can finalda oynaya bilər
18:32
Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
18:08
Büdcəyə dəyişiklik zəruridirmi? - TƏHLİL
17:53
DTX hakeri həbs etdi - SƏBƏB
17:26
Torpağı əlindən alınan kəndli: Onu heç kəs eşitmək istəmir
17:07
Əbülfəz Məlikova görə Kəmaləddin Heydərov sorğu-sual edilir..
17:01
“Məni camaat istəyib” – Rəqsanə
16:42
Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verilib
15:12
6 saylı Ərazi Vergiər İdarəsi sahibkarların kabusuna çevrilib - Nazirə GİLEY
15:07
TÜRKLƏRİ SÖYƏN, ƏRƏBLƏRƏ NİFRƏT EDƏN BAŞ NAZİR OĞLU
14:51
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
14:49
"Arsenal"da ayrılıq
14:03
“Qoşqar Zeynalova verilən pullar mənə çatmayıb” - Arif Əsgərovun qohumu
13:48
Düşmən tərəfin yeni avantürası böyük müharibəyə gətirə bilər? - TƏHLİL
13:09
"Azərsığorta" vətəndaşın haqqını yeyir... - GİLEY
12:36
“DƏRİN DÖVLƏT” HƏSƏN RUHANİNİ DEVİRMƏK İSTƏYİR
12:27
"12 yaşımdan fəhləlik etmişəm, əzab görmüşəm" - Hadı Rəcəbli onu təhqir edənlərə belə cavab verdi
12:24
Jurnalist Əfqan Sadıqov azadlığa buraxıldı - Əziz Əzizov da ona qarşı iddia qaldırmışdı
12:05
Virgin offşoru, plastmas zavodu, killer Madayev və İsmayılovu öldürmək sifarişi...
11:10
Ağsu icra başçısının özbaşınalıqları haqda... - İTTİHAM
10:33
Yeni hökumət Rusiya qarşı riskli oyunda - İrəvanda MDB təhlükəsizlik tədbirinin ləğvinin ilginc motivi
10:14
Sosial şəbəkə “qəhrəmanları” arasında “yorğan” davası - TƏHLİL
09:46
“Azərsığorta” macəraları: vətəndaş narazılığından “Sığorta Mamed” faktorunadək
09:13
Deputatın fabrikinə ittiham -Bu nə gündə Qız qalasıdır?
08:10
Qarabağa qanunsuz səfərlərin sayı artıb: nə etməli... - TƏHLİL
00:24
ABŞ-da "Baku" və "Agdam" nömrə nişanlı maşınlar - FOTO
00:18
Roza Zərgərli - "18+ görüntülərim var ..." VİDEO
00:12
“Kurtlar Vadisi”nin əfsanə siması ÖLÜM AYAĞINDA - FOTO
23:58
“Vergilər Nazirliyi indi adam balası kimi işləyir”
Bütün xəbərlər

Təqvİm

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Yuxarı