Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var? » Obyektiv.info

Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?

Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?


Dünən ölkənin bir sıra saytlarında “Azərbaycanın media holdinqi Türkiyədə xəbər kanalı açır” sərlövhəli yazı dərc olundu. Həmin məlumatda qeyd edilirdi ki, Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti İstanbulda “Cine 5” və “Kanal 6” telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparır

Yeni açılan kanalın adı TR24 olacaq. Kanalın idarə heyəti rəhbərinin Elnur Abdullayev, baş direktorunun isə jurnalist, Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov olacağı qeyd edilir. Anonsu verilən bu işin qlobal bir layihə olduğuna şübhə yoxdur. Ən maraqlısı isə budur ki, “Global Media”nın 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyi vurğulanır. Sözügedən şirkətlə bağlı verdiyimiz axtarışlarda onun indiyə qədər Azərbaycanda hansısa bir işə imza atdığına dair məlumata rast gəlmədik.

Türkiyədə telakanal açmağın asan bir iş olmadığını nəzərə alsaq, onda bu kanalın arxasında kimin durduğu və hansı maliyyə hesabına ərsəyə gəldiyi sual doğurmaya bilməz. Bir neçə gün əvvəl Virtualaz.org Türkiyədəki qaynaqlara istinadən bildirib ki, “Global Media” qrupu bu ölkədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Global Media”nın rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti Azərbaycan mediasına tanış isimlər olmasa da, baş direktor kimi təqdim olunan Məmməd Gülməmmədovun kim olduğunu müəyyənləşdirmək çətin olmadı. O, Ölkə.az saytının baş redaktorudur.

Bu layihə ilə bağlı təqdim olunan adlar içində ən diqqət çəkəni isə idarə heyətinin rəhbəri kimi qeyd edilən Elnur Abdulayev oldu. Faktiki olaraq şirkətin başında dayanacaq bu soydaşımız kimdir? Azinforum.az bu xüsusda maraqlı detalları üzə çıxarıb. Məlum olub ki, Elnur Abdullayev sabiq nəqliyyat naziri Ziya Məmmədovla yaxın qohumluq əlaqələrinə malikdir – onun baldızı oğludur.

Elnur Abdullayev Ziya Məmmədovun nazir olduğu dönəmdə yüksək vəzifələrdə çalışıb. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, yeni fəaliyyətə başlayan dövrlərdə Ölkə.az saytı da Ziya Məmmədova yaxın olan KİV kimi tanınırdı.

Bizə o da məlumdur ki, indiyə kimi Tükiyədə media layihələrilə SOCAR və ona yaxın dairələr məşğul olub. Hətta yeni açılan telekanalın da SOCAR-a yaxın şəxslər tərəfindən ərsəyə gətirildiyinə dair məlumatlar var. Onda isə maraqlı sual yaranır: belə qlobal və əhəmiyyətli layihəyə rəhbərlik niyə məhz Ziya Məmmədova yaxın olan adamlara həvalə edilib? Mövzuya qayıdacağıq…

Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:22
Dustlaqlar `Şakro Maladoy`u belə qarşılayıb - VİDEO
00:13
Məmur uşaqları kefdə, kasıb balaları səngərdə: evin tək oğluna reaksiyalar...
00:06
Şou-biznes əhlinin narkotik “sevgisi” - NARKOMAN MƏŞHURLAR
23:25
ABŞ İRANI İÇDƏN DAĞITMAQ İSTƏYİR:Tehran geriyə addım atacaqmı? - TƏHLİL
23:25
Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı – DUBAYDA “OĞRU” ADI ALACAQDI
23:24
Məktəblini qamışlığa və tualetə saldı, zorladı, videoya çəkdi, sonra... - Cəlilabadda ŞOK OLAY
22:04
Səməd Seyidovun zərbəsi: AŞ PA-dakı mandatından istefa verəcəkmi?
22:02
“Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi vətən xainidir”
21:28
"Grand Hospital"dan çıxarılan həkimlər üsyan etdi - "Adamın kişiliyi, mərdliyi olar"
21:12
Sahil Babayevə müdhiş dosye: İmişli TSEK-də “əlillik bazarı” açılıb - Detallar
20:51
Beren Saat və Kənan Doğulu ayrılıb?
20:22
Elza indi də qara fata taxdı
20:07
ƏRDOĞAN SİYASİ ÇAĞIRIŞLA PULUN CİNGİLTİSİNİ AYIRD EDƏ BİLİR –Türkiyə-İsrail ticarət dövriyyəsi 4,3 milyard $-a çatıb
19:29
Əli Həsənovdan Rüstəm İbrahimbəyovla bağlı ÇAĞIRIŞ - "Milli mənsubiyyətini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"..."
19:29
Nazirliklərdə boşalan yüksək POSTLAR - Bu vəzifələrə təyinat OLACAQ
19:09
Səlim Müslümovun sosial yardım hoqqaları - İTTİHAM
18:53
Cavanşir Feyziyevi “Avromed”lə nə bağlayır? - Deputat saytları HƏDƏLƏDİ
18:49
Əmrə Can finalda oynaya bilər
18:32
Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
18:08
Büdcəyə dəyişiklik zəruridirmi? - TƏHLİL
17:53
DTX hakeri həbs etdi - SƏBƏB
17:26
Torpağı əlindən alınan kəndli: Onu heç kəs eşitmək istəmir
17:07
Əbülfəz Məlikova görə Kəmaləddin Heydərov sorğu-sual edilir..
17:01
“Məni camaat istəyib” – Rəqsanə
16:42
Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verilib
15:12
6 saylı Ərazi Vergiər İdarəsi sahibkarların kabusuna çevrilib - Nazirə GİLEY
15:07
TÜRKLƏRİ SÖYƏN, ƏRƏBLƏRƏ NİFRƏT EDƏN BAŞ NAZİR OĞLU
14:51
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
14:49
"Arsenal"da ayrılıq
14:03
“Qoşqar Zeynalova verilən pullar mənə çatmayıb” - Arif Əsgərovun qohumu
13:48
Düşmən tərəfin yeni avantürası böyük müharibəyə gətirə bilər? - TƏHLİL
13:09
"Azərsığorta" vətəndaşın haqqını yeyir... - GİLEY
12:36
“DƏRİN DÖVLƏT” HƏSƏN RUHANİNİ DEVİRMƏK İSTƏYİR
12:27
"12 yaşımdan fəhləlik etmişəm, əzab görmüşəm" - Hadı Rəcəbli onu təhqir edənlərə belə cavab verdi
12:24
Jurnalist Əfqan Sadıqov azadlığa buraxıldı - Əziz Əzizov da ona qarşı iddia qaldırmışdı
12:05
Virgin offşoru, plastmas zavodu, killer Madayev və İsmayılovu öldürmək sifarişi...
11:10
Ağsu icra başçısının özbaşınalıqları haqda... - İTTİHAM
10:33
Yeni hökumət Rusiya qarşı riskli oyunda - İrəvanda MDB təhlükəsizlik tədbirinin ləğvinin ilginc motivi
10:14
Sosial şəbəkə “qəhrəmanları” arasında “yorğan” davası - TƏHLİL
09:46
“Azərsığorta” macəraları: vətəndaş narazılığından “Sığorta Mamed” faktorunadək
09:13
Deputatın fabrikinə ittiham -Bu nə gündə Qız qalasıdır?
08:10
Qarabağa qanunsuz səfərlərin sayı artıb: nə etməli... - TƏHLİL
00:24
ABŞ-da "Baku" və "Agdam" nömrə nişanlı maşınlar - FOTO
00:18
Roza Zərgərli - "18+ görüntülərim var ..." VİDEO
00:12
“Kurtlar Vadisi”nin əfsanə siması ÖLÜM AYAĞINDA - FOTO
23:58
“Vergilər Nazirliyi indi adam balası kimi işləyir”
Bütün xəbərlər

Təqvİm

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Yuxarı