Şirəliyevin rüşvətxor səhiyyəsindən kadrlar da naziri silkələmədi » Obyektiv.info

Şirəliyevin rüşvətxor səhiyyəsindən kadrlar da naziri silkələmədi

Şirəliyevin rüşvətxor səhiyyəsindən kadrlar da naziri silkələmədi


Səhiyyə naziri Oqtay Şirəliyevin menyusuna daha bir dövlət xəstəxanasından rüşvət videosu təqdim olunub

FİA.Az məlumat verir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasından (RMX) görüntülənən kadrlar azerinfo.az tərəfindən yayılıb.

Sosial şəbəkələrdə və elektron KİV-də istinadla paylaşılan video Tovuz səhiyyəsindəki rəzalətin çılpaq mənzərəsini ortaya qoyub.

Amma əfsus ki, nazirlik tərəfindən digər real faktlara olduğu kimi, bu materiala da göz yumulub. SN rüşvət videosunu sükutla qarşılayıb.

Təbii ki, həmin görüntülər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Ancaq nazirliyin də münasibəti olmalıdır ki, Tovuz RMX-da nə baş verir.

Əslində, Tovuz səhiyyəsində bazar açılması bu günün işi deyil. Hələ neçə il qabaq əli kəsilərək xəstəxanaya çatdırılan Qovlar sakini 48 yaşlı Sadiq Əhmədov həkimlərin ona yardım etmədiyini görüb tibb ocağının qapı-pəncərəsini sındırmışdı.

Yalnız hadisə yerinə Tovuz polisi gəldikdən sonra yaralını sakitləşdirmək mümkün olmuşdu. Zərərçəkənin qohumları bildirmişdi ki, öz həyətində işləyən zaman şüşə onun damarını kəsib.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, Tovuz Mərkəzi Xəstəxanasında növbətçi həkimi tapmaq mümkün olmayıb.

Onun qan itirdiyini görən qohumlar xeyli araşdırsalar da, növbətçi həkimi gördüm deyən tapılmayıb.

Baş verən hadisə ilə bağlı xəstəxananın baş həkiminin müavini demişdi ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq. Ancaq azerinfo.az yazıb ki, o vaxdan heç nə dəyişməyib.

Belə ki, Tovuz rayon Mərkəzi Xətəxanası “rüşvət epidemiyası”na yoluxub, vətəndaşları soğan qabığı kimi soyurlar.

FİA.Az məlumat verir ki, bütün xidmətlər ödənişlidir. Hələ ağız burun əyən tibb bacılarını demirik. İki manat verməsən liftin qapısını belə açmırlar.

Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib.

Video kadrlarda xəstəxananın uşaq şöbəsində vətəndaşın necə süründürülməsi, get-gələ salınmasını izləyə bilərsiniz.

Yəni ağ xalat daşıyanlar vətəndaşları bilərəkdən hakimiyyətə qarşı qoyduqlarının fərqində deyillərmi?

Bundan əlavə, ginekologiya şöbəsinin müdiri Rəna həkim rüşvəti qanuniləşdirib. Aborta görə açıq-aydın 50 manat tələb edir.

Ancaq O.Şirəliyev bir nazir kimi şəhər və rayon xəstəxanalarında rüsvayçılıqla bağlı heç bir tədbir görmür. Nə regionlarda görüş keçirir, nə camaatın şikayətini araşdırır.

Nazirlik heç bir reaksiya vermir, islahatlar aparmır, baş həkimləri dəyişmir, xəstə əlini hər yerdən üzərək çarəsiz vəziyyətdə qalır.

Azərbaycan səhiyyəsi Oqtay Şirəliyev nazir təyin edildiyi tarixdən “insult keçirib”. Ölkənin tibb sahəsinin iflic olması hər gün ən yeni faktlarda öz əksini tapmaqdadır.

O.Şirəliyevin idarəçiliyi vətəndaşları öz səhiyyəsindən qoparıb ayrı-ayrı ölkələrə üz tutması ilə nəticələnib.

İndi ən yüngül xəstəliyə belə düzgün diaqnoz qoyulmadığına görə insanlar yaxın ölkələrin xəstəxanalarına qaçırlar. Bu, xəcalət çəkməli mənzərədir.

Ona görə də ABŞ Dövlət Departamenti Bakıda yaşayan vətəndaşlarına apteklərdən dərman almamağa çağırış etmişdi.

Səhiyyə Nazirliyi səhlənkarlıq edən həkimləri qoruyur, həbsinə mane olur, rüşvət hallarına göz yumur, qiymətlərə nəzarət etmir.

O.Şirəliyevin dövründə səhiyyədə rüşvətxorluq, həkim səhlənkarlığı, ölüm halları, səhv diaqnozlar, dərman bazarına keyfiyyətsiz məhsulların ayaq açması, xəstəxanaların baxımsız qalması, özəl klinikaların vətəndaşları soğan qabığı kimi soyması birə beş artıb.

Artıq, Azərbaycanda xəstəyə qoyulan diaqnozların etibarlılıq limiti bitib. Çünki, bir xəstə 5 həkimə müraciət edir və 5 fərqli diqanozla rastlaşır. Dərmanlar baha, müayinə baha, nəticə isə bərbad.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:22
Dustlaqlar `Şakro Maladoy`u belə qarşılayıb - VİDEO
00:13
Məmur uşaqları kefdə, kasıb balaları səngərdə: evin tək oğluna reaksiyalar...
00:06
Şou-biznes əhlinin narkotik “sevgisi” - NARKOMAN MƏŞHURLAR
23:25
ABŞ İRANI İÇDƏN DAĞITMAQ İSTƏYİR:Tehran geriyə addım atacaqmı? - TƏHLİL
23:25
Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı – DUBAYDA “OĞRU” ADI ALACAQDI
23:24
Məktəblini qamışlığa və tualetə saldı, zorladı, videoya çəkdi, sonra... - Cəlilabadda ŞOK OLAY
22:04
Səməd Seyidovun zərbəsi: AŞ PA-dakı mandatından istefa verəcəkmi?
22:02
“Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi vətən xainidir”
21:28
"Grand Hospital"dan çıxarılan həkimlər üsyan etdi - "Adamın kişiliyi, mərdliyi olar"
21:12
Sahil Babayevə müdhiş dosye: İmişli TSEK-də “əlillik bazarı” açılıb - Detallar
20:51
Beren Saat və Kənan Doğulu ayrılıb?
20:22
Elza indi də qara fata taxdı
20:07
ƏRDOĞAN SİYASİ ÇAĞIRIŞLA PULUN CİNGİLTİSİNİ AYIRD EDƏ BİLİR –Türkiyə-İsrail ticarət dövriyyəsi 4,3 milyard $-a çatıb
19:29
Əli Həsənovdan Rüstəm İbrahimbəyovla bağlı ÇAĞIRIŞ - "Milli mənsubiyyətini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"..."
19:29
Nazirliklərdə boşalan yüksək POSTLAR - Bu vəzifələrə təyinat OLACAQ
19:09
Səlim Müslümovun sosial yardım hoqqaları - İTTİHAM
18:53
Cavanşir Feyziyevi “Avromed”lə nə bağlayır? - Deputat saytları HƏDƏLƏDİ
18:49
Əmrə Can finalda oynaya bilər
18:32
Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
18:08
Büdcəyə dəyişiklik zəruridirmi? - TƏHLİL
17:53
DTX hakeri həbs etdi - SƏBƏB
17:26
Torpağı əlindən alınan kəndli: Onu heç kəs eşitmək istəmir
17:07
Əbülfəz Məlikova görə Kəmaləddin Heydərov sorğu-sual edilir..
17:01
“Məni camaat istəyib” – Rəqsanə
16:42
Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verilib
15:12
6 saylı Ərazi Vergiər İdarəsi sahibkarların kabusuna çevrilib - Nazirə GİLEY
15:07
TÜRKLƏRİ SÖYƏN, ƏRƏBLƏRƏ NİFRƏT EDƏN BAŞ NAZİR OĞLU
14:51
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
14:49
"Arsenal"da ayrılıq
14:03
“Qoşqar Zeynalova verilən pullar mənə çatmayıb” - Arif Əsgərovun qohumu
13:48
Düşmən tərəfin yeni avantürası böyük müharibəyə gətirə bilər? - TƏHLİL
13:09
"Azərsığorta" vətəndaşın haqqını yeyir... - GİLEY
12:36
“DƏRİN DÖVLƏT” HƏSƏN RUHANİNİ DEVİRMƏK İSTƏYİR
12:27
"12 yaşımdan fəhləlik etmişəm, əzab görmüşəm" - Hadı Rəcəbli onu təhqir edənlərə belə cavab verdi
12:24
Jurnalist Əfqan Sadıqov azadlığa buraxıldı - Əziz Əzizov da ona qarşı iddia qaldırmışdı
12:05
Virgin offşoru, plastmas zavodu, killer Madayev və İsmayılovu öldürmək sifarişi...
11:10
Ağsu icra başçısının özbaşınalıqları haqda... - İTTİHAM
10:33
Yeni hökumət Rusiya qarşı riskli oyunda - İrəvanda MDB təhlükəsizlik tədbirinin ləğvinin ilginc motivi
10:14
Sosial şəbəkə “qəhrəmanları” arasında “yorğan” davası - TƏHLİL
09:46
“Azərsığorta” macəraları: vətəndaş narazılığından “Sığorta Mamed” faktorunadək
09:13
Deputatın fabrikinə ittiham -Bu nə gündə Qız qalasıdır?
08:10
Qarabağa qanunsuz səfərlərin sayı artıb: nə etməli... - TƏHLİL
00:24
ABŞ-da "Baku" və "Agdam" nömrə nişanlı maşınlar - FOTO
00:18
Roza Zərgərli - "18+ görüntülərim var ..." VİDEO
00:12
“Kurtlar Vadisi”nin əfsanə siması ÖLÜM AYAĞINDA - FOTO
23:58
“Vergilər Nazirliyi indi adam balası kimi işləyir”
Bütün xəbərlər

Təqvİm

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Yuxarı