Ermənistan rəhbərliyi nə etmək istədiyini heç özü də bilmir - TƏHLİL » Obyektiv.info

Ermənistan rəhbərliyi nə etmək istədiyini heç özü də bilmir - TƏHLİL

Ermənistan rəhbərliyi nə etmək istədiyini heç özü də bilmir - TƏHLİL


Bir neçə gün əvvəl Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycanın hərbi qüdrətinin durmadan artdığını və Silahlı Qüvvələrin torpaqların işğaldan azad olunmasına hər an hazır olduğunu bir daha vurğuladı. Həmçinin dövlət başçısı Ermənistana xəbərdarlıq edərək, Azərbaycanın uzaq mənzilli raketlərə sahib olmasını da qeyd etdi.

Ermənistanın yeni iqtidarı isə Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni baxışının olmadığını ortaya qoymaqdadır. Onlar davamlı olaraq münaqişə ilə bağlı təxribatçı fikirlər səsləndirilir. Ermənistan XİN mətbuat katibinin Qarabağ məsələsi ilə bağlı son açıqlamaları da birmənalı qarşılanmadı. Bununla bağlı Azərbaycan XİN-i öz mövqeyini açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki,

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır: "Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə, münaqişənin həllində irəliləyişə nail olmaq olar. Amma deyəsən, Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır?! Paris görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı və Azərbaycan xarici işlər nazirinin açıqlamasının fonunda Ermənistan XİN-nin destruktiv mövqe nümayiş etdirməkdə davam edir. Əgər yeni xarici işlər nazirinin təlimatı ilə Sarkisyan rejiminin ünsürü olan mətbuat katibi belə sərsəm açıqlamanı verirsə, onda əminliklə deyə bilərik ki, Ermənistanı eyni aqibət gözləyir”.

Mətbuat xidmətinin rəhbəri həmçinin qeyd edib ki, hər hansı qeyri-real yeni elementlərin daxil edilməsi cəhdləri bütün danışıqlar prosesini iflic edə bilər: "Çox tezliklə Ermənistanın hansı yol tutduğunu görəcəyik. Amma hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi vardır”.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Paşinyan küçədən gəlib və populistdir: "Ona görə də bir müddət populist şüarlarla çıxış edəcək. Amma reallıqlarla üzləşəndə ağlı başına gələcək. Bu gec və ya tez olacaq, bunun demək çətindir. Amma hələlik bu açıqlamalar küçə dalğası ilə yüksək kürsüyə gətirilən insanın eyforiyasıdır”.

R.Musabəyov Minsk qrupu həmsədrlərinin verdiyi bəyanata toxunaraq qeyd etdi ki, vasitəçilər sülh danışıqlarının davam etdirilməsini söyləməyə məcburdurlar: "Onlar onsuz da oturub danışmağı təklif edəcəklər. Həmsədrlərin dedikləri mühüm əhəmiyyət kəsb etmir. Sadəcə olaraq, gündəlik müəyyənləşməlidir. Paşinyandan öncə danışıqlar gedirdi, ortada müəyyən təkliflər var idi. İndi yeni gələn danışıqların sıfırdan başlamasını istəyə bilməz. Ona görə də həmsədrlər bölgəyə səfər etməlidirlər, Ermənistanda görüşlər keçirməlidirlər. Bu ölkənin yeni xarici işlər naziri var və bunlara ümumilikdə müəyyən məsələlər izah edilməlidir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistan rəhbərliyi indiki məqamda nə etmək istədiyini heç özü də bilmir: "Yeni hakimiyyətə gələn Paşinyan xarici və daxili siyasəti hələ də müəyyənləşdirə bilməyib. O, yeni kabineti formalaşdırıb, amma xarici və təhlükəsizlik siyasətinin nədən ibarət olacağı bəlli deyil. Paşinyan Dağlıq Qarabağa səfəri zamanı qeyri-qanuni açıqlamalar verdi və münaqişənin həlli yolunu göstərmədi. Bunun da qarşılığında Azərbaycanın müdafiə naziri qətiyyətli mövqe ortaya qoyaraq qeyd etdi ki, Azərbaycan Ordusu genişmiqyaslı hücuma hazırdır. Eyni zamanda prezident İlham Əliyev Naxçıvana səfəri zamanı önəmli açıqlamalar verdi ki, Muxtar respublikada düşməni vura biləcək uzun mənzilli raketlər var. Bunlar Ermənistanın yeni hakimiyyətinə, baş nazirinə ciddi mesajlardır ki, əgər torpaqlarımızı azad etməsəniz, biz əvvəlki siyasətimizi davam etdirib sizə təzyiq edəcəyik və bu, haqqımızdır. Bunun qarşılığında Ermənistanın hansı addım atacağı bəlli deyil. Paşinyan isə bir tərəfdən guya Qərblə yaxınlaşmaq istəyir, o biri tərəfdən isə Rusiyaya səfər etdi. Ümumiyyətlə, Qərblə yaxınlaşıb nə edəcək, kimdən maliyyə resursları ala biləcək? Heç Serj Sarkisyan Azərbaycanla ayaqlaşa bilmirdi. Görürdü ki, Azərbaycan silahlanmaya milyardlarla dollar xərcləyir. Ermənistanın isə pulu yox idi, gedib Moskvadan dilənib 100 milyonluq kredit alırdı. Bəs, Paşinyan nə edəcək? Əgər Paşinyan Qərbdən maliyyə ala bilməyəcəksə, o da Sarkisyan kimi Rusiyaya üz tutacaq ki, silah alsın. Deməli, özləri addım atıb Dağlıq Qarabağ və ətraf rayonları boşaltmaq istəməyəcəklərsə, əvvəlki siyasət davam edəcək. Biz də bununla barışmayıb, təzyiqi artıracağıq. Ermənilər yeni bir məsələni ortaya atıblar. Belə ki, bu ölkənin müdafiə naziri cəbhədə ölənlərin sayının media tərəfindən şişirdilməməsini qeyd edib. Bunu gizlətmək isə mümkün deyil, çünki Ermənistan gənclərini zorla işğal altındakı torpaqlara göndərirlər və onlar orada ölürlər”.

E.Şahinoğlu əlavə etdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı bəyanat verdilər: "Ermənistan indiki halda sülh danışıqlarına hazırdırmı? Biz görürük ki, baş nazir Paşinyan təxribatla məşğuldur və deyir ki, Qarabağ tanınmalıdır, separatçılar danışıqlara qatılmalıdır və s. Bu isə sülhə xidmət etmir. Ona görə də düşünürəm ki, bizim Xarici İşlər Nazirliyi yumşaq ritorikaya son qoymalıdır. Necə ki, bunu müdafiə naziri edir. Biz hədələməliyik, qorxutmalıyıq ki, əgər ermənilər təxribatlarını davam etdirərlərsə, Azərbaycan da təzyiqləri artacaq. Onsuz da Ermənistanda müəyyən müddət xaos və anarxiya hökm sürəcək və bu müddətdə gücümüzü mərkəzləşdirib, işğalçıya təzyiqi artırmalıyıq”.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:22
Dustlaqlar `Şakro Maladoy`u belə qarşılayıb - VİDEO
00:13
Məmur uşaqları kefdə, kasıb balaları səngərdə: evin tək oğluna reaksiyalar...
00:06
Şou-biznes əhlinin narkotik “sevgisi” - NARKOMAN MƏŞHURLAR
23:25
ABŞ İRANI İÇDƏN DAĞITMAQ İSTƏYİR:Tehran geriyə addım atacaqmı? - TƏHLİL
23:25
Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı – DUBAYDA “OĞRU” ADI ALACAQDI
23:24
Məktəblini qamışlığa və tualetə saldı, zorladı, videoya çəkdi, sonra... - Cəlilabadda ŞOK OLAY
22:04
Səməd Seyidovun zərbəsi: AŞ PA-dakı mandatından istefa verəcəkmi?
22:02
“Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi vətən xainidir”
21:28
"Grand Hospital"dan çıxarılan həkimlər üsyan etdi - "Adamın kişiliyi, mərdliyi olar"
21:12
Sahil Babayevə müdhiş dosye: İmişli TSEK-də “əlillik bazarı” açılıb - Detallar
20:51
Beren Saat və Kənan Doğulu ayrılıb?
20:22
Elza indi də qara fata taxdı
20:07
ƏRDOĞAN SİYASİ ÇAĞIRIŞLA PULUN CİNGİLTİSİNİ AYIRD EDƏ BİLİR –Türkiyə-İsrail ticarət dövriyyəsi 4,3 milyard $-a çatıb
19:29
Əli Həsənovdan Rüstəm İbrahimbəyovla bağlı ÇAĞIRIŞ - "Milli mənsubiyyətini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"..."
19:29
Nazirliklərdə boşalan yüksək POSTLAR - Bu vəzifələrə təyinat OLACAQ
19:09
Səlim Müslümovun sosial yardım hoqqaları - İTTİHAM
18:53
Cavanşir Feyziyevi “Avromed”lə nə bağlayır? - Deputat saytları HƏDƏLƏDİ
18:49
Əmrə Can finalda oynaya bilər
18:32
Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
18:08
Büdcəyə dəyişiklik zəruridirmi? - TƏHLİL
17:53
DTX hakeri həbs etdi - SƏBƏB
17:26
Torpağı əlindən alınan kəndli: Onu heç kəs eşitmək istəmir
17:07
Əbülfəz Məlikova görə Kəmaləddin Heydərov sorğu-sual edilir..
17:01
“Məni camaat istəyib” – Rəqsanə
16:42
Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verilib
15:12
6 saylı Ərazi Vergiər İdarəsi sahibkarların kabusuna çevrilib - Nazirə GİLEY
15:07
TÜRKLƏRİ SÖYƏN, ƏRƏBLƏRƏ NİFRƏT EDƏN BAŞ NAZİR OĞLU
14:51
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
14:49
"Arsenal"da ayrılıq
14:03
“Qoşqar Zeynalova verilən pullar mənə çatmayıb” - Arif Əsgərovun qohumu
13:48
Düşmən tərəfin yeni avantürası böyük müharibəyə gətirə bilər? - TƏHLİL
13:09
"Azərsığorta" vətəndaşın haqqını yeyir... - GİLEY
12:36
“DƏRİN DÖVLƏT” HƏSƏN RUHANİNİ DEVİRMƏK İSTƏYİR
12:27
"12 yaşımdan fəhləlik etmişəm, əzab görmüşəm" - Hadı Rəcəbli onu təhqir edənlərə belə cavab verdi
12:24
Jurnalist Əfqan Sadıqov azadlığa buraxıldı - Əziz Əzizov da ona qarşı iddia qaldırmışdı
12:05
Virgin offşoru, plastmas zavodu, killer Madayev və İsmayılovu öldürmək sifarişi...
11:10
Ağsu icra başçısının özbaşınalıqları haqda... - İTTİHAM
10:33
Yeni hökumət Rusiya qarşı riskli oyunda - İrəvanda MDB təhlükəsizlik tədbirinin ləğvinin ilginc motivi
10:14
Sosial şəbəkə “qəhrəmanları” arasında “yorğan” davası - TƏHLİL
09:46
“Azərsığorta” macəraları: vətəndaş narazılığından “Sığorta Mamed” faktorunadək
09:13
Deputatın fabrikinə ittiham -Bu nə gündə Qız qalasıdır?
08:10
Qarabağa qanunsuz səfərlərin sayı artıb: nə etməli... - TƏHLİL
00:24
ABŞ-da "Baku" və "Agdam" nömrə nişanlı maşınlar - FOTO
00:18
Roza Zərgərli - "18+ görüntülərim var ..." VİDEO
00:12
“Kurtlar Vadisi”nin əfsanə siması ÖLÜM AYAĞINDA - FOTO
23:58
“Vergilər Nazirliyi indi adam balası kimi işləyir”
Bütün xəbərlər

Təqvİm

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Yuxarı