Obyektiv.info
 Valyuta məzənnəsi

Azərbaycanda qaz sayğacı çatışmır – “Azəriqaz”

Tarix:30-10-2018, 16:31

Azərbaycanda qaz sayğacı çatışmır – “Azəriqaz”Son zamanlar mənzilinə qaz sayğacı quraşdırmaq istəyən vətəndaşların şikayətləri artıb. Çünki vətəndaşlar əvvəldən ödəniş etsələr də, onların mənzillərinə qaz sayğacları quraşdırılmır. Qanunda isə nəzərdə tutulur ki, vətəndaş ödənişi həyata keçirdikdən sonra 22 gündən çox olmamaq şərti ilə onun mənzilinə işi həyata keçirən podratçı şirkət qaz sayğacı quraşdırmalıdır. Lakin redaksiyamıza daxil olan müracətlər əsasında məlum oldu ki, elə vətəndaş var ki, 1 aydır ödəniş edib, amma sayğacı gətirib quraşdırmırlar. Səbəbi soruşanda podratçı şirkət bunu ölkədə qaz sayğaclarının olmaması ilə əlaqələndirir.

Görəsən aidiyyatı qurumlar sərt qış aylarının gəlməsini nəzərə almırmı, bu qədər səhlənkarlığa niyə yol verirlər?

Modern.az məsələnin aktuallığını nəzərə alaraq,”Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxlayıb.

“Azəriqaz” sözçüsu bildirib ki, qaz sayğacları Azərbaycana xarici ölkələrdən gətirilir:

“Qaz sayğacları xaricdən gətirilir. Onun sazlığı ölkəmizdə təşkil olunan laboratoriyalarda yoxlanılır və daha sonra qaz xətləri üzərində quraşdırılır. Hazırda xaricdən qaz sayğaclarının gətirilməsi və ölkədə yoxlanılması prosesi gedir. Bütün bu işlər başa çatdıqdan sonra işləməsi məqbul sayılan qaz sayğacları işi həyata keçirən podratçı şirkətlərə paylanılacaq. Hazırda ləngimələrdə bununla əlaqadardır”.

Oxunub: 118



XƏBƏR LENTİ
Ermənistan Qazax rayonunun Xanlıqlar kəndini artilleriyadan atəşə tutub
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi
Dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Azərbaycan ordusunun generalı şəhid olub - Rəsmi açıqlama
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
Paşinyanın arvadı azərbaycanlı analara müraciət etdi
DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı. Fotolar
İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...
Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı
Baş prokurorluqdan azyaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılmış yeni məlumatlar haqqında AÇIQLAMA
Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı - VİDEO
Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"
Ata övladlığa götürdüyü azyaşlı qızı ilə evlənə bilər
DİN onların saxlanma GÖRÜNTÜLƏRİNİ YAYDI – Əməliyyat videosu
DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı
Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM
Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir