Obyektiv.info
 Valyuta məzənnəsi

İnsan alverinə qarşı mübarizədə hər bir vətəndaş fəal olmalıdır

Tarix:6-04-2019, 14:17

İnsan alverinə qarşı mübarizədə hər bir vətəndaş fəal olmalıdırDaxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş İdarəsinin əməkdaşı, polis polkovniki Fuad Əliyev insan alverinin bəşəriyyəti narahat edən ciddi sosial bəla olduğunu vurğulayıb. Tədbirdə insan alverinə qarşı mübarizə mexanizmlərindən, Azərbaycan dövlətinin bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi kəsərli tədbirlərdən söhbət açılıb.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovniki Fuad Əliyev baş idarənin fəaliyyəti istiqaməti və gördüyü işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin fəal iştirakının önəmini xüsusi vurğulayıb. Bildirib ki, hər bir vətəndaş insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır.

Sonra iştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda DİN-in təşəbbüsü ilə çəkilən “Satılmış həyat” nümayiş olunub.

Oxunub: 118



XƏBƏR LENTİ