Obyektiv.info
 Valyuta məzənnəsi

Operativ Qərargahın tələb və tövsiyələrinə hamılıqla əməl etməliyik-Ağdam Rayon İcra Hakimiyyəti

Tarix:5-06-2020, 08:50

Operativ Qərargahın tələb və tövsiyələrinə hamılıqla əməl etməliyik-Ağdam Rayon İcra Hakimiyyəti

Operativ Qərargahın tələb və tövsiyələrinə hamılıqla əməl etməliyik

Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.
Bu tələb və tövsiyələr bütün kommunikasiya kanalları vasitəsilə mütəmadi şəkildə əhalinin diqqətinə çatdırılır. Bunlar hökumətin gördüyü tədbirlərdir, müəyyən etdiyi direktivlərdir və yerinə yetirilməsi hər birimiz üçün vacibdir. Hökumət vətəndaşları bu tələblərə əməl etməyə çağırır. Virusun daha tez və ziyansız ötüşməsindən ötrü dövlətin tələb və tövsiyələrinə hamılıqla əməl etməliyik

http://agdam-ih.gov.az/news/734.html

Oxunub: 79



XƏBƏR LENTİ