Obyektiv.info
 Valyuta məzənnəsi

Azərbaycanda daha 590 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib

Tarix:24-06-2020, 19:11

Azərbaycanda daha 590 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib

Azərbaycanda 590 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə obyektiv.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 9 103 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 441 min 961 test aparılıb.

Oxunub: 138



XƏBƏR LENTİ