Obyektiv.info
 Valyuta məzənnəsi

AZAL-ın tələb etdiyi sağlamlıq barədə arayışlar şirkətin müəyyənləşdirdiyi laboratoriyalardan alınacaq - TƏBİB

Tarix:26-06-2020, 03:45

 AZAL-ın tələb etdiyi sağlamlıq barədə arayışlar şirkətin müəyyənləşdirdiyi laboratoriyalardan alınacaq - TƏBİB


AZAL-ın tələb etdiyi sağlamlıq barədə arayışlar şirkətin müəyyənləşdirdiyi laboratoriyalardan alınacaq
“Türkiyəyə uçuşlarla bağlı sərnişinlərindən sağlamlıq barədə tələb edilən arayışlar, testlərin aparılması TƏBİB-lə əlaqədar deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O deyib ki, AZAL-ın tələb etdiyi sağlamlıq barədə arayışlar şirkətin müəyyənləşdirdiyi laboratoriyalardan alınacaq: “Bunu AZAL müəyyənləşdirir. Təbii ki, bunlar 4 aydır bu prosesdə iştirak edən və dövlət tərəfindən seçilmiş laboratoriyalardır”.

Oxunub: 91



XƏBƏR LENTİ