Obyektiv.info
 Valyuta məzənnəsi

Sərtləşdirilmiş karantin rejimi iyulun 5-də sonra uzadıla, bütün ölkə ərazisində tətbiq edilə bilər - AÇIQLAMA

Tarix:26-06-2020, 12:50

Sərtləşdirilmiş karantin rejimi iyulun 5-də sonra uzadıla, bütün ölkə ərazisində tətbiq edilə bilər - AÇIQLAMA

“Azərbaycanın 8 şəhər və rayonunda iki həftəlik sərtləşdirilmiş karantin rejimi elan edilib. Bu ərazilərdə virus daha çox yayılıb. Əhalinin əksəriyyəti qaydalara əməl edir. Amma, təəssüflər olsun ki, bəzi insanlar qaydalara əməl etmir, bunu da virusun olmaması ilə əlaqələndirirlər. Ölkədə yoluxmaların artmasının başlıca səbəbi budur. Onlar ətrafdakı insanların da həyatını risk altında qoyurlar. Həmin şəxslər görülən işlərin üstündən xətt çəkirlər. Hər kəs məsuliyyətini dərk etməlidir. Belə olan halda, sərtləşdirilmiş karantin rejimi iyulun 5-dən sonra da uzadıla, bütün ölkə ərazisində tətbiq edilə bilər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov qeyd edib ki, maskadan, əlcəkdən istifadə edilməlidir: “Xüsusən qapalı yerlərdə mütləq maska taxılmalıdır. Cənab Prezident də Gəncə şəhərindəki çıxışı zamanı qeyd etdi ki, qapalı şəraitdə mütləq maska taxılmalıdır. Prezident maskadan istifadə edirsə, vətəndaşlar niyə etməsin? Qaydalara riayət hər birimizin borcudur, əks halda dövlətə zərbə vurmuş oluruq. Karantin rejimləri iqtisadiyyatı iflic duruma salıb... Maska taxmayanlarla bağlı cərimələrin miqdarının artırılması məsələsinə də baxıla bilər. Çünki hansısa şəxsin pulu varsa, az miqdarda olan cəriməni ödüyür, növbəti dəfə də qaydaları pozur. Ona görə də ölkənin bu təhlükədən tezliklə xilas edilməsi üçün qaydalara əməl etməliyik”.

Oxunub: 119



XƏBƏR LENTİ