Obyektiv.info
 Valyuta məzənnəsi

Şamaxı Rayon İcra Hakimiyyətinin son günlər internet resurslarında yayılan videomaterialar barədə Məlumatı

Tarix:28-06-2020, 00:43

Şamaxı Rayon İcra Hakimiyyətinin son günlər internet resurslarında yayılan videomaterialar barədə  Məlumatı


Son günlər Şamaxı rayonunda dövlət qurumları ilə vətəndaşlar arasında yaranmış sağlam münasibətləri pozmaq üçün ayrı-ayrı internet resurslarında həqiqəti əks etdirməyən videomateriallar paylaşılır. Videomaterialda Xaliq Xudaverdiyev qardaşının şərlənərək tutulduğunu iddia edir.
Halbuki, Xaliq Xudaverdiyevin qardaşı Aslan Xudaverdiyev törətdiyi ayrı-ayrı cinayət əməllərinə, o cümlədən çoxsaylı dələduzluq faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə Aslan Xudaverdiyev barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılmışdır. Hal-Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, Aslan Xudaverdiyev heç vaxt rayon icra hakimiyyəti başçısının qəbulunda olmamış və hər hansı formatda heç bir mövzunu müzakirə etməmişdir.
Rayon icra hakimiyyətinin başçısı və əməkdaşları tərəfindən cəmiyyətdə ayrıseçkiliyə, yerlibazlığa səbəb olan istənilən ifadə və davranış qətiyyətlə rədd edilir və yalnız bir prinsip – Azərbaycançılıq prinsipi üstün tutulur.
Bildiririk ki, Xaliq Xudaverdiyevin bu məzmunlu heç bir fakta söykənməyən və əsassız iddiaları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət olunacaqdır.

Oxunub: 88



XƏBƏR LENTİ
AQTA əməkdaşları kərə yağı adı altında satılan bitki yağının satışının qarşısını aldı
Ağdaşda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib
Prezident: Biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik
Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş – Baş infeksionist
Ağdam rayonunda qanvermə aksiyası keçirilib
“Karantin rejiminin qüvvədə qalması düzgün addımdır” - Prezident
Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr verdi
“Karantin rejimi nə qədər davam edəcək?” sualına - Prezidentdən cavab
Ağdam rayonunda karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir.
"Üç dəqiqəyə geri gəlib ki, xəstə öldü" - “EGE Hospital”la bağlı ŞOK AÇIQLAMA
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Covid-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsüsi sessiyası keçiriləcək.
Bakıda yayılan kəskin qoxu ilə bağlı - Rəsmi açıqlama
İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
İran bu məhsulun ixracını dayandırdı
icaze.e-gov.az portalında bir sıra icazələr ləğv edilib
Bakıda daha bir güclü yanğın başlayıb-FOTO
Baku TV rəhbərliyi Mələk Heydərovani işdən çıxarıb
“Alan nədir, qıza heç sataşan da yoxdur“ - Xalq artisti
Taksi sürücüsü yolun ortasında intihar etdi