Obyektiv.info
 Valyuta məzənnəsi

Teatrşünas Anar Burcəliyev: "Gəncənin mərkəzində olan Hacı Mir Qasım Ağa kəhrizinin bərpa edilməsinə böyük ehtiyac var".

Tarix:12-08-2020, 09:59

Teatrşünas Anar Burcəliyev: "Gəncənin mərkəzində olan Hacı Mir Qasım Ağa kəhrizinin bərpa edilməsinə böyük ehtiyac var".


23 iyul 2020-ci il tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında keçirilən video-müşavirədə su təsərrüfatının vəziyyəti ətraflı müzakirə olunmuş, nöqsanlar, çaztışmazlıqlar qeyd edilmiş və çıxış yolları ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunmuşdur. Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu sahədə təxirəsalınmaz tədbirlər görülməkdədir və artıq “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Prezident Sərəncamı imzalanmışdır. Sərəncamın “Tədbirlər Planı”na 2 saylı “Əlavə”də, dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının siyahısı təsdiq olunmuşdur. Bu məsələlərdən irəli gələrək Gəncə şəhərində kəhrizlərin yenidən bərpa olunması da önəmli məsələlərdən biri kimi diqqəti cəlb edir.

XIX əsrin sonu — XX əsrin əvvəllərində Gəncədə 30-dan çox su təchizatında mühüm rol oynamış kəhriz bulaqlarının qalıqları mövcud idi. Təəssüflər olsun ki, bu kəhrizlərin bir çoxu baxımsızlıq üzündən sıradan çıxmışdır. Tarixən Gəncənin kəhriz suları hər zaman dillər əzbəri olub. Həmin kəhrizlərdən biri də Hacı Mirqasım Ağa kəhrizidir ki, başlanğıcını Qızıl qayadan götürüb El yolu ilə gəlməklə tikilmə tarixi 1914-cü ilə təsadüf edir. Bu kəhriz bulağı 1987-90-cı illərdə yenidən bərpa olunaraq şəhər əhalisinin istifadəsinə verilmişdir. Qeyd edilən Hacı Mir Qasım Ağa kəhrizinin suyundan 2011-2013-cü illərdək ən təmiz su kimi şəhər əhalisi tərəfindən istifadə edilib. Bu gün isə, heç kim bu kəhrizin suyundan istifadə edə bilmir. Çünki ötən 2011-2018-ci illər ərzində Gəncə şəhərinə səriştəsiz rəhbərliyin fəaliyyəti nəticəsində adı çəkilən Kəhriz bulağının gözü bağlanaraq ləğv edilmiş və bu gün şəhərin mərkəzi küçəsi sayılan İsmət Qayıbov 1 B ünvanında baxımsız bir haldadır.

Qeyd etmək lazımdır ki, Gəncənin keçmiş İcra Hakimiyyəti Başçısının səriştəsiz fəaliyyəti dövründə Hacı Mir Qasım Ağa kəhrizi, 20 Yanvar Şəhidlərinin xatirəsinə olan ehsan bulağı, Gəncə Dövlət Kukla Teatrının, 1 saylı orta məktəbin qarşısındakı bulaq eləcə də “Xan Bağı”nın qarşısındakı olan bulaq tamamilə ləğv olunub.

Yenidən Gəncədə 1914-cü ildə başlanğıcını Qızıl qayadan götürüb El yolu ilə gəlməklə tikilən Hacı Mir Qasım Ağa kəhrizinin bərpa edilməsinə böyük ehtiyac var - deyə teatrşünas-tənqidçi Anar Burcəliyev qeyd edib.


Teatrşünas Anar Burcəliyev: "Gəncənin mərkəzində olan Hacı Mir Qasım Ağa kəhrizinin bərpa edilməsinə böyük ehtiyac var".
Teatrşünas Anar Burcəliyev: "Gəncənin mərkəzində olan Hacı Mir Qasım Ağa kəhrizinin bərpa edilməsinə böyük ehtiyac var".Teatrşünas Anar Burcəliyev: "Gəncənin mərkəzində olan Hacı Mir Qasım Ağa kəhrizinin bərpa edilməsinə böyük ehtiyac var".

Oxunub: 94



XƏBƏR LENTİ