Obyektiv.info
 Valyuta məzənnəsi

Teatrşünas-tənqidçi Anar Burcəliyev: "ƏMƏKDAR ARTİSTİN PROBLEMLƏRİNƏ LAQEYİD QALA BİLMƏRİK".

Tarix:3-09-2020, 13:40

Teatrşünas-tənqidçi Anar Burcəliyev: "ƏMƏKDAR ARTİSTİN PROBLEMLƏRİNƏ LAQEYİD QALA BİLMƏRİK".



Dünən “Olkə.az” saytında “Azərbaycanın əməkdar artisti xadimə işi axtarır” sərlövhəli yazısı ilə tanış oldum. Oxuyan zaman gözlərimə inana bilmədim. Çünki Respublikanın əməkdar artisti, istedadlı aktrisa Kəmalə İmdad qızı Məmmədova ilə məni ilk öncə 28 illik ailəvi dostluq telləri bağlayır. Həm də uzun illər bu xanımla birlikdə Gəncədə fəaliyyət göstərən “Kəpəz” Müstəqil Tele-Radio Verilişləri Şirkətində və sonda isə Gəncə Dövlət Dram Teatrında birgə çalışıram.

Qeyd etməliyəm ki, Respublikanın Əməkdar artisti Kəmalə Məmmədova Gəncə Dövlət Dram Teatrının yetirməsi olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivinin rejissoru” ixtisası üzrə 2002-ci ildə bitirmişdir. Elə bu ildən də Gəncə Dövlət Dram Teatrında istedadlı bir aktrisa olaraq müxtəlif səpkili, bitgin obrazlar qaleriyası yaratmağa müvəffəq olmuşdur. Ölkə başçısı, cənab İlham Əliyev bu xanımın da yaradıcılıq amillərini və uğurlu səhnə fəaliyyətini nəzərə alaraq diqqət, qayğısı nəticəsində 27 noyabr 2017-ci il tarixli 3409 nömrəli məlum Sərəncamı ilə “Respublikanın Əməkdar artisti” fəxri adına layiq görmüşdür.

Bu gün hər bir sahədə olduğu kimi teatrımızın da problemləri az deyil. Sadəcə olaraq məsələnin kökündə başqa amillər dayanır. Qeyd etməliyəm ki, “COVİD-19” pandemiyası dönəmində Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinə hər ay vaxtlı-vaxtında ştat cədvəlinə uyğun olaraq əməkhaqqı dövlət büdcəsindən tam olaraq ödənilib. Hətta kollektivə tam olaraq məzuniyyət pulu da verilib. Sentyabr ayının 1-dən isə məzuniyyətdən qayıtmışıq. Respublikanın Əməkdar artist Kəmalə Məmmədova Gəncədə övladı ilə birgə kirayədə yaşadığı üçün problemləri daha çoxdur. Aktrisanın əsas problemi isə yaşayış mənzilinin olmamasıdır. Xatırlatmaq istərdim ki, Gəncə Dövlət Dram Teatrının balansında 1990-cı illərin ortalarınadək indiki Nizami Gəncəvi prospekti 185-195 ünvanında üç otaqlı xidməti mənzil mövcud idi. Bu mənzildən ehtiyacı olan teatr kollektivinin üzvləri istifadə edə bilirdilər. Təəəssüflər olsun ki, Gəncə Dövlət Dram Teatrının balansında olan bu mənzil 90-cı illərin sonlarında teatrın o zamankı rəhbərliyi tərəfindən şəxsi evi olaraq özəlləşdirilmiş və sonradan satılmışdır. Yəqin ki, bu gün belə bir xidməti mənzil mövcud olsa idi əməkdar artist Kəmalə Məmmədovanın mənzil problemi aradan qaldırılmış olardı. Aktrisa digər mövcud problemləri ilə əlaqədar olaraq artıq Gəncədə kirayə haqqını vaxtlı-vaxtında ödəyə bilmədiyi üçün bu kimi məsələlər gündəmə gəlir. Problemin həlli istiqamətində yaxşı olardı ki, Respublikanın Əməkdar artisti Kəmalə Məmmədova Gəncə şəhərində mənzil ilə təmin olunsun. Bu zaman aktrisanın əlavə işlə təmin olunması haqqında məsələyə də ehtiyac olmazdı.

Teatrşünas-tənqidçi Anar Burcəliyev: "ƏMƏKDAR ARTİSTİN PROBLEMLƏRİNƏ LAQEYİD QALA BİLMƏRİK".
Teatrşünas-tənqidçi Anar Burcəliyev: "ƏMƏKDAR ARTİSTİN PROBLEMLƏRİNƏ LAQEYİD QALA BİLMƏRİK".
Teatrşünas-tənqidçi Anar Burcəliyev: "ƏMƏKDAR ARTİSTİN PROBLEMLƏRİNƏ LAQEYİD QALA BİLMƏRİK".
Teatrşünas-tənqidçi Anar Burcəliyev: "ƏMƏKDAR ARTİSTİN PROBLEMLƏRİNƏ LAQEYİD QALA BİLMƏRİK".

Oxunub: 163



XƏBƏR LENTİ