Medvedyev: Bu sözlər leksikonumuzdan çıxdı

Medvedyev: Bu sözlər leksikonumuzdan çıxdı


Ukraynada 2014-cü ildə baş verən hadisələr Rusiya ilə Qərbin münsibətlərini pozdu.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

O bildirib ki, bu məsələdə ABŞ əsas günahkardır:

“Məhz ABŞ-ın sərt siyasəti münasibətlərimizin korlanmasına və qarşılıqlı sanksiyalara gətirib çıxardı. Biz ziddiyyətlər spiralına daxil olduq. Hətta 2008-ci ildə mövcud olmuş qarşılıqlı anlaşma, partnyorluq kimi ifadələr leksikonumuzdan çıxdı”.