"Əfqanıstanda 6 qadın fəaldan xəbər yoxdur" - BMT

"Əfqanıstanda 6 qadın fəaldan xəbər yoxdur" - BMT

BMT təxminən 3 həftə əvvəl Əfqanıstanda yoxa çıxan 6 qadın fəaldan hələ də xəbər olmadığını açıqlayıb.

Bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Kabildə qadın haqları etirazları zamanı saxlanılan və ya oğurlanan qadın fəalların və onların qohumlarının harada olması və sağlamlıq vəziyyəti ilə bağlı hələ də heç bir xəbər yoxdur", - deyə ifadə edib.

Dujarric, itkin düşən qadın fəallar haqqında "Taliban"dan araşdırmalara başlamaya çağırıb.