Türkiyədə güclü zəlzələ – Ölənlər var+Fotolar

Türkiyədə güclü zəlzələ – Ölənlər var+Fotolar


Türkiyədə güclü zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, zəlzələ Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa və digər şəhərlərdə müxtəlif dərəcədə hiss edilib.

Malatyada 150-yə yaxın bina dağılıb, 3 ölü və xeyli sayda itkin var. Şanlıurfada zəlzələdən zərər çəkənlərin sayı daha çoxdur. İlkin məlumata görə, şəhərdə zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkədə 4-cü dərəcəli həyəcan təbili elan edilib. Nazir hələ ki, dağıntı və tələfat barədə konkret rəqəm səsləndirməyib.

***

İlkin məlumata görə, zəlzələnin episentri olan Kahramanmaraşda təbii fəlakət 7,4 bal gücündə hiss edilib.