Türkiyədə zəlzələdə ölənlərin sayı 14 mini keçdi

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 mini keçdi


Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.
Obyektiv.info xəbər verir ki, məlumatı AFAD yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər isə yaralanıb.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 12 873-ə yüksəlib.

Yaralıların sayı isə 62 937 nəfərə çatıb.

***

Zəlzələ nəticəsində həlak olanların sayı 14 min 14 nəfərə yüksəlib.

Xəsarət alanların sayı isə 63 794 nəfər olub.

***

Zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Məlumata görə, 14 351 nəfər ölüb.

Müəllif: Samir Soltanov