Obyektiv.info
 Valyuta məzənnəsi

Zamirə Hacıyeva Londonda həbs edildi - Bakıya ekstradisiya oluna bilər

Tarix:10-11-2018, 14:12

Zamirə Hacıyeva Londonda həbs edildi - Bakıya ekstradisiya oluna bilər“The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun üç uşaq anası olduğunu, bunu nəzərə alaraq qadının həbsini girov əvəzində ev dustaqlığı ilə əvəz etməyi xahiş edib. Vəkilin vəsadətində göstərilirdi ki, Z.Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyun ayında baş tutacaq məhkəməyə qədər o ev dustağı kimi Londonda qalmalıdır.

Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı “dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, xanım Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri-Cahangir Hacıyev götürüb. Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib.

Barrister bununla razılaşmayıb: “Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.

Hakim Z.Hacıyevanın 500 min funt sterlinq girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb.(virtualaz.org)

****

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib.

Onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.

55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının "fırıldaqçı" olmadığını deyir.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub.

UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Westminster Magistr Məhkəməsində məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

O iki mənimsəmə ittihamı ilə üz-üzədir və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.

Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min stelinq məbləğində zəmanət ödəməlidir.

Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.

Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.

Appelyasiya şikayətinin cümə axşamı günü Ali Məhkəmədə keçiriləcəyi gözlənilir.

BBC Azərbaycan (https://www.bbc.com/azeri/azerbaijan-46115018?

fbclid=IwAR1HHnJ4cSF6QcB52HyM496biFF1Iwr3D0-zEfGtIQl049gXkfax5Skcajc)

Oxunub: 164



XƏBƏR LENTİ
Gürcüstanın Azərbaycana bu qədər borcu var
HƏBSDƏKİ BAŞ MEMARIN BACISI İNTİHAR EDİB… – Akif Əliyevin qardaşı Prezidentdən kömək istədi
Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa qadirdir
İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
Tovuzda həyəcan siqnalı - Xüsusi çevik dəstə göndərildi - FOTO
Daha bir məmur oğlunun bahalı avtomobil kolleksiyası-Fotolar
Karantin rejimi yenidən sərtləşdirilə bilər – AÇIQLAMA
“Vidadi İsayev rahat olsun deyə…” – İcra başçısı yolkəsənlik edir
Nazirlikdən yeni dərs iliylə bağlı açıqlama: “DAVAMİYYƏT VACİB OLMAYACAQ”
Dövlət Komitəsinin sədri videoqəbul keçirib
Teatrşünas Anar Burcəliyev: "Gəncənin mərkəzində olan Hacı Mir Qasım Ağa kəhrizinin bərpa edilməsinə böyük ehtiyac var".
Bakıda ucuz qiymətə sosial mənzillər - SATIŞA ÇIXARILDI - QİYMƏTLƏR
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Gələn həftə insanlar koronavirus testindən keçib rayonlara gedə biləcək? - TƏBİB-dən AÇIQLAMA
Milyonluq şirkətin kağız üstündəki direktorları
“Vəzifəyə gedir ki, rüşvət alıb pul qazansın...” - Rəşid Mahmudov
Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)
Qax Rayon İcra Hakimiyyəti başçısı İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə onlayn müşavirə keçirib