Obyektiv.info
 Valyuta məzənnəsi

Kuzbas regionunun 3 şəhəri qara rəngli qar örtüyünə bürünüb

Tarix:18-02-2019, 13:22

Kuzbas regionunun 3 şəhəri qara rəngli qar örtüyünə bürünüb

Rusiyanın Kuzbas regionunda 3 şəhər qara rəngli qar örtüyünə bürünüb. Kül kimi qara rəngdə olan qar iki mədən müəssisəsinin ətraf mühitə təsirinin nəticəsidir. Prokopyevsk, Kiselyovsk və Leninsk-Kuznesk sakinləri qara-boz rəngli şəhər mənzərələrinin fotoşəkillərini fəal şəkildə paylaşırlar.

AZƏRTAC bu barədə Rusiya KİV-lərinə istinadla xəbər verir.

Qar üçün qeyri-səciyyəvi olan rəng regionda yerləşən zənginləşdirmə fabriklərindəki kömür tozu tullantıları ilə izah edilir. Müəssisələr faydalı qazıntıların ilkin emalı ilə məşğuldurlar. İstehsalatın əlavə məhsulları – kömür tozu və qırıntıları isə havaya buraxılır. Çirklənmə qara rəngdə qarın yağması ilə nəticələnir.

Ekoloji cinayətin təhqiqatı ilə Rusiyanın Kemerovo vilayətinin prokurorluğu məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxunub: 153



XƏBƏR LENTİ