Obyektiv.info
 Valyuta məzənnəsi

TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ BAZA YARATMALIDIR! – Zaman yetişib…

Tarix:15-07-2020, 21:06

Azərbaycanın əsas strateji müttəfqinin Türkiyə olduğu bir daha sübut olundu. Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda sərhəddəki son insidentlə bağlı birmənalı Azərbaycanı müdafiə etdi, Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Ermənistan ağlını başına toplasın” sözləri ilə günə damğasını vurdu.

TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ BAZA YARATMALIDIR! – Zaman yetişib…

Mövlud Çavuşoğlunun bir cümləsi də diqqəti çəkdi. Türkiyənin Xarici İşlər naziri dedi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı qərarı versə, Türkiyə Azərbaycanın yanında olacaq. Mövlud Çavuşoğlu bu cümlə ilə demək istədi ki, bir gün Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qərar versə, Türkiyə Azərbaycana hərbi dəstəyini əsirgəməyəcək. Xarici təzyiqlərə rəğmən, Suriyaya, İraqa və Liviyaya ordusunu göndərməkdən çəkinməyən Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan üçün də eyni qərarı verməkdən çəkinməyəcək.
Türkiyə hazırda Liviyada iki hərbi baza formalaşdırmağa başlayıb. Türkiyəni Aralıq dənizində sıxışdırmaq istəyən dövlətlər var. Türkiyə son illərdə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə bu ölkə eyni zamanda sərhədlərindən kənarda 3 ölkədə – İraqda, Suriyada və Liviyada hərbi əməliyyatlar həyata keçirir. Bu, Türkiyənin bölgədə hərbi bazalar yaratmasını da aktuallaşdırır. Vaxtilə deyirdilər ki, Türkiyə NATO üzvü olduğundan qurumun kollektiv icazəsi olmadan başqa ölkədə hərbi baza yarada bilməz. Ankara bu arqumenti Qətərdə hərbi baza yaratmaqla ortadan qaldırdı. Həmin hərbi bazalar ilk növbədə Qətərin özünə lazım idi. Çünki bir neçə il əvvəl Qətərin qonşu ərəb dövlətləriylə münasibətləri gərginləşdi. Səudiyyə Ərəbistanı Qətərə qarşı bir neçə maddəlik ultimatum irəli sürdü, ətrafında ittifaq yaratmaqla Dohaya qarşı sanksiyalar tətbiq etdi. Türkiyə Qətərdə hərbi baza yaratmasaydı, Dohanın ciddi təhlükəsizlik problemləri yaranacaqdı. Türkiyənin Qətərdəki hərbi bazası Ankaranın bölgədə artan roluna işarə idi. Bundan sonra Türkiyə İraqda PKK ilə mübarizə aparmaq üçün dağ massivlərində hərbi postlar yaratdı. Əslində həmin postları da kiçik hərbi bazalar hesab etmək olar. Türkiyə Somaliyə humanitar və iqtisadi yardım etdikdən sonra bu Afrika ölkəsi ilə hərbi əməkdaşlıq imkanlarını hərəkətə gətirdi. Türkiyənin Suriyada hərbi varlığı da inkarolunmaz faktdır.

Oxunub: 102



XƏBƏR LENTİ