Obyektiv.info
 Valyuta məzənnəsi

Doğuş xərcini ödəyə bilməyən ailə övladını xəstəxanaya satdı

Tarix:3-09-2020, 10:41

Doğuş xərcini ödəyə bilməyən ailə övladını xəstəxanaya satdı

Hindistanda bir ailə özəl xəstəxanada dünyaya gələn övladının doğuş xərclərini ödəyə bilmədiyi üçün uşağı satmağa məcbur edildiyini iddia edib.

Obyektiv.info xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Hadisə Hindistanın Uttar Pradeş əyalətinin Aqra şəhərində baş verib. Şiv Çaran adlı şəxs hamilə həyat yoldaşını doğum üçün özəl xəstəxanaya aparıb. Uşaq dünyaya gəldikdən sonra xəstəxanadan doğuş xərclərinin 35 000 rupi (813 manat) təşkil etdiyi bildirilib. Şiv Çaran sözügedən məbləği ödəyə bilmədikləri üçün xəstəxananın uşağı ailəyə təhvil vermədiyini bildirib və uşağın 100 000 rupi (2325 manat) qarşılığında satılmasına məcbur edildiyini qeyd edib.

Xəstəxana isə sözügedən prosesin zorla baş vermədiyini, uşağın satılmadığını, övladlığa götürüldüyünü açıqlayıb.

Faktla bağlı istintaq başladılıb.

Oxunub: 47



XƏBƏR LENTİ