SHXÇDX-nin AĞSU RAYON ŞÖBƏSİNDƏ “AÇIQ BAZAR” » Obyektiv.info

SHXÇDX-nin AĞSU RAYON ŞÖBƏSİNDƏ “AÇIQ BAZAR”

SHXÇDX-nin AĞSU RAYON ŞÖBƏSİNDƏ “AÇIQ BAZAR”


Heç kimə sirr deyil ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir çox yerli şöbələrində neqativ hallar, ciddi nöqsanlar müşahidə olunmaqdadır.

Misal kimi, mayor Nizami Heybətovun rəisi olduğu Ağsu rayon şöbəsini göstərmək olar. Belə ki, Səfərbərlik Xidmətinin adıçəkilən şöbəsinin rəisinin üzərinə düşən işi layiqincə icra etmədiyini vurğulayan məlumatlı şəxsin verdiyi informasiyada deyilir ki, Nizami Heybətov hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işini əməlli-başlı biznes fəaliyyətinə çevirib. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində acınacaqlı vəziyyət hökm sürdüyünü iddia edən mənbənin sözlərinə görə, xidmət rəisi nöqsanlı əməllərə imza ataraq əhalinin ciddi narazılığına səbəb olub: «Deyilənlərə görə, hər çağırış dövrü Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsində sanki bazar açılır. Şöbə rəisi Nizami Heybətov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir. Ən ciddi problem isə çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Bildirilir ki, Ağsu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri Nizami Heybətovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər. Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. «Niqodnıy» hərbi biletin əldə olunması isə baha başa gəlir. Bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. Onu da nəzərinizə çatdırım ki, burada baş verən qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Deyilənlərə görə, belə hallar yalnız Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Nizami Heybətovun razılığı ilə yarana bilər». Bu gün Ağsu rayon qeydiyyatında olan əksər şəxslərin sağlam olduqları halda Nizami Heybətovla dil taparaq həqiqi hərbi xidmətdən yayınmağı bacardığını deyən məlumatlı şəxs qeyd edir ki, SHXÇDX-nin Ağsu rayon şöbəsinin bəzi əməkdaşları öz işinə məsuliyyətsiz yanaşır, səhlənkarlıq edir, bəzi hallarda isə cinayət tərkibli əməllərə yol verirlər: «Deyilənlərə görə, Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsində sağlamlığında müxtəlif qüsurlar olan çağırışçıların hərbi xidmətə yola salınması sanki adi hal alıb. Ağsulular bildirirlər ki, hərbi bilet almağın, yəni sağlam çağırışçının «komsovat» edilməsi təxminən 8-10 min «təşəkkür»ə başa gəlir. Əgər bütün bu deyilənlərlə bağlı müvafiq qurumlar tərəfindən obyektiv və genişmiqyaslı yoxlama aparılarsa, o zaman Nizami Heybətovun rəisi olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində son zamanlar neqativ halların artdığı, nəzarət mexanizminin itdiyi və digər nöqsanların mövcudluğu üzə çıxa bilər. Bu isə Nizami Heybətovun vəziyyətini xeyli qəlizləşdirə, hətta onun həbs təhlükəsilə üz-üzə qalmasına səbəb ola bilər».

Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:17
TRAMP SURİYADA AMERİKALI DÖYÜŞÇÜLƏRİ ƏRƏBLƏRLƏ ƏVƏZLƏMƏK İSTƏYİR
18:15
Teatrda həftəsonu nələr olacaq?
17:12
“Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
16:11
Rakitiç qayıtdı
15:22
Publisist Karapetyan: `Şəxsən mənə Qarabağ lazım deyil`
15:09
AĞ EVDƏ BOMBARDMANDAN SONRA QIZĞIN MÜZAKİRƏ:Suriyadan çəkilməli, yoxsa qalmalı?
14:04
“Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”
13:07
Sərxoş icra başçısı şəhidləri söydü - Azərbaycanda
12:58
Azərbaycanlı milyarderin 18 yaşlı oğlu lüks həyatını belə nümayiş etdirir - VİDEO
12:15
“Rusiya ya Ermənistanı tam işğal edəcək, ya Sərkisyanı dəyişdirəcək...”
12:01
Ramiz Mehdiyev “Broker Əbülfəz”in sonunu gətirdi: gömrükdə dilənçilik...
11:42
Falçının zorladığı qızlardan şok açıqlamalar - Bakıda dəhşətli olay
11:05
İRANA HƏR TƏRƏFDƏN BASQI BAŞLAYIB:QONŞU ÖLKƏ 12 MAYA HAZIRLAŞIR
10:27
Bu da Dubayın zəngin övladları - Fotolar
10:11
Qarabağ da, Sərkisyan da bizə lazım deyil - Karapetyan
10:00
Elmar Vəliyev Abutalıbovun postu arzusuna çatmadı - ağzısöyüşlü və...
09:44
İlham Əliyev Şahin Mustafayevi baş nazir təyin edir
09:37
Yüzlərlə insan EDAM OLUNDU: Aralarında azərbaycanlı və türk qadınlar da var
08:51
Məşhur kolbasa şirkəti donuz salosunu xalqa halal ət kimi yedizdirir - Şok!!!
08:49
Ziya Məmmədov pullarını ölkədən çıxarır
01:24
"Fındıq boyda beyninizi yormayın"
00:06
Bakıda üçüncü dünya müharibəsinin qarşısını almaq üçün - ABŞ və Rusiya generalları görüşdü - TƏHLİL
23:35
Sarkisyanı gözləyən 3 BÖYÜK TƏHLÜKƏ
22:58
Nazirin icra başçısı olan qardaşına 200 minlik sensasion ittihamlar
22:15
Hüseyn Bağırovun görmədiyi İŞBAZLARIN biznesi ekoloji fəlakət yaradıb – VİDEO + FOTOLAR
21:56
“Bakcell”dən yenə oğurluq, yenə fırıldaq, soyğun - prezidentə faktlar...
20:54
HEYVAN OTARAN KƏNDLİ ÇİN PREZİDENTLİYİNƏ NECƏ YÜKSƏLDİ?
20:19
“Barselona” Umtitinin qiymətini qaldırır – 250 milyon
19:53
Ələ yapışdırılan "display"
17:49
Cavad Zərifin Mərkəzi Asiya həmləsi:İran itirdiyi strateji hədəfləri bərpa etməyə çalışır - TƏHLİL
16:48
Şirəliyevin rüşvətxor səhiyyəsindən kadrlar da naziri silkələmədi
15:46
"Bu şəklimə də "vedrə bağlayın"
14:45
Müharibə BAŞLAYIR? - Ərazilərin qaytarılması üçün PLAN HAZIRLANDI
14:16
Canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın - GİLEY
13:44
Neymar yaşıl meydana dönəcəyi vaxtı açıqladı
13:15
Röyadan Tolikin söyüşlərinə KƏSKİN CAVAB: “Nəslinizin yeddi qatından...”
12:41
Milli Şura ilə Müsavatın mitinq yolları ayrıldı: parçalanmanın - Gizlinləri...
12:36
Qardaşından hamilə qalan məktəbli qızla bağlı MÜƏMMA - "Nümunəvi ailə olub"
11:38
ABŞ-dan XAİN PLAN - Üç ölkə Türkiyə ilə SAVAŞA GÖNDƏRİLİR
11:08
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
10:40
Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?
10:39
Hökumət Mehriban Əliyevaya verilir - Nazirlər kabineti ləğv edilir - İDDİA
10:27
Azərbaycan Ermənistandakı etirazlardan istifadə edə bilər, ancaq... - TƏHLİL
10:00
AXCP qarışdı: Əli Kərimli iqtidarla gizli danışıqlara gedir
09:37
Suriyada İsraillə növbəti müharibə:general Süleymani Qərbin "daşınmaz əmlakı" ilə açıq mübarizəyə hazırlaşır - TƏHLİL
09:29
Yeni kabinetdə baş nazir olmaya da bilər - "Qanuna görə..."
Bütün xəbərlər

Təqvİm

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yuxarı