Obyektiv.info
 Valyuta məzənnəsi

İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal

Tarix:6-12-2019, 17:50

İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal

"Lerik Broyler" MMC-yə məxsus Lebro Quşçuluq Kompleksi Lerikin Piran kəndi ətrafında ekoloji cinayətlər törədir. “Yeni Sabah” xəbər verir ki, bu barədə “Ecofront” səhifəsi məlumat yayıb. Məlumatda deyilir ki, müəssisə illərdir təsərrüfat və məişət tullantılarını meşə ərazilərinə atır, quşların qanını isə çaylara axıdır. Ölmüş və xəstə quşlar, yarasız yumurtalar meşə ərazilərinə atıldığı vaxtlar isə üfünət iyi ən pik həddə çatır. Yerli sakinlərin dediklərinə görə ev heyvanlarına xəstəlik yayılıb və onlarla iri buynuzlu və çox saylı digər ev heyvanları kütləvi tələf olub.
Piran kəndinin sakinləri dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Qida Təhlükəsizliyi agentliyinə şikayət etsələr də nəticə olmayıb. Simvolik cərimələrdən sonra müəssisənin bu cür fəaliyyətləri davam edib.
Məlumatda həmçinin qeyd edilir ki, 2017-ci ildə müəssisədə qaz sızması nəticəsində baş verən partlayışda bir nəfər ölmüş, iki nəfər yaralanmışdı.
Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən “Lerik Broyler” MMC 26 noyabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Lerik rayonu, Lerik şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38, mənzil 7-də yerləşir. Nizamnanə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Nərimanlı Orxan Çingiz oğludur. O, deputat İqbal Məmmədovun qardaşı oğludur. Bəzi iddialara görə, “Lerik Broyler” MMC də əslində İqbal Məmmədova məxsusdur.
İqbal Məmmədov bu ilin avqustunda sahibi olduğu “Relax” İstirahət Mərkəzində vergi əməkdaşlarının döyülməsilə gündəmə gəlmişdi. Vergi əməkdaşlarınsın döyülməsi prosesində iştirak edənlərdən biri də Orxan Nərimanlı idi. O zaman Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilirdi ki, Orxan Nərimanlı və hadisənin digər iştirakçıları baş vermiş hadisəyə görə Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxunub: 101



XƏBƏR LENTİ
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi
Dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Azərbaycan ordusunun generalı şəhid olub - Rəsmi açıqlama
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
Paşinyanın arvadı azərbaycanlı analara müraciət etdi
DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı. Fotolar
İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...
Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı
Baş prokurorluqdan azyaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılmış yeni məlumatlar haqqında AÇIQLAMA
Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı - VİDEO
Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"
Ata övladlığa götürdüyü azyaşlı qızı ilə evlənə bilər
DİN onların saxlanma GÖRÜNTÜLƏRİNİ YAYDI – Əməliyyat videosu
DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı
Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM
Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir
“Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM