İradə Gülməmmədova “külfəti” ilə Şuşada oteldə istirahət edir...- Qaziyə “Mənə görə döyüşməmisən” deyən İradə hansı üzlə Şuşaya gedib ?

Gündəm
17-09-2021, 13:30
249


Şuşada dincələn oğlun Məhəmməd bəlkə erməniyə bir daş atıb, Qrafinya Gülməmmədova ?
Şuşada oğlullar şəhid olanda özünə ad günü keçirirdin, indi nə haqla Şuşada dincini alırsan?
Gundelik-Baku.com-a daxil olan məlumata görə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova hazırda Şuşa şəhərində oteldə əri, qardaşları, oğlu, bir sözlə, geniş “külfəti” ilə istirahət edir.
Belə yerdə deyərdilər ki, dağıl, ay dünya. Çünki Şuşada oğlanlar şəhid olanda, qan tökəndə, dişi-dırnağı ilə vuruşanda, hər gün şəhid tabutları gələndə...İradə Gülməmmədova Abşeron icra hakimiyyətində utanıb-qızarmadan özünə ad günü keçirirdi. Gül dəstələri, “paket”də rüşvət, bahalı hədiyyələr qəbul edirdi, necə deyərlər, rəqqasələr-zad...
İnsan nə qədər öz insanlığını itirə bilər ki, analar qanlı göz yaşı içində olanda, oğul dağı çəkilmiş analar, bacılar fəryad edəndə, sən heç nə olmamış kimi qırmızı geyinib ad günü keçirəsən...
Buna nə deyirsən, İradə Gülməmmədova ?
Sən bu gün nə haqla Şuşada külfətinlə ayağını uzadıb istirahət edirsən?
Hüququ-filanı qoyaq bir tərəfə. Məsələnin hüquqi tərəfi ilə bağlı gec-tez səninlə məşğul olacaqlar.
Söhbət məsələyə insani münasibətdən gedir.
Axı, sən də bir kişinin arvadısan, oğul anasısan, qardaşın bacısısan, bir oğulun xalasısan, qaynanasan və s.
Onların hansı Şuşada, yaxud başqa döyüş bölgəsində erməniyə bir daş atıb ?
İradə Gülməmmədova, tay-tuşları Şuşa uğrunda vuruşanda, sənin Milli Məclisdə işləyən oğlun Məhəmməd Gülməmmədov ona məxsus “Gutab House”da ayağını ayağının üstə aşıraraq fb-da yazırdı: ” Etikasız, estetikasız, görməmiş, günorta yuxudan duran millətimiz”.
Bundan heç olmasa, bir ana kimi utanlb-qızarırsanmı, xanım Gülməmmədova ?
İndi oğlun Məhəmmədlə Şuşada oteldə istirahət edirsən.
Tökülən qanlardan, ölən şəhidlərdən heç utanırmısınız ?
Sizdə utanmağa üz olsaydı, İradə Gülməmmədova...
Qarabağda döyüşən və sizdən ancaq quruca dolanmaq üçün iş istəyən 11 nəfər qaziyə “Mənə görə döyüşməmisiniz” deməzdiniz.
Abşeronda şəhid ailələrinə, qazilərə olan münasibət dözülməzdir. Siz 5-10 dəqiqə vaxt ayırıb onları dinləmək istəmirsiniz. Dinləməyin cəhənnəmə, onlara “Bura işədüzəltmə bürosu deyil, get, hara istəyirsən şikayət yaz” cavabını verirsən.
Bütün bunlar ortada ola-ola indi nə üzlə, hansı üzlə gedib Şuşada dincəlirsən, İradə Gülməmmədova ?
Bəlkə qardaşın oğlu Şuşada vuruşub ?
Namuslu-şərəfli oğullar Şuşada şir kimi döyüşəndə sənin qardaşın oğlu namus ləkələyirdi, qrafinya Gülməmmədova. Namus ləkələyən adamın nə işi var Şuşada ?
Bəlkə Abşeronu, Bakının yarısını obyektləri ilə zəbt edən ərin Yolçu Qarabağ üçün nəsə edib ?
Bəlkə özün nəsə etmisən, bu vətən üçün, cənab icra başçısı ?
Abşeron boyda rayonu metr-metr satmısan, bacın oğlu cinayət əməlində ittiham olunur, rayonun zibili boğaza çıxıb...
Bunlardan utanmaq, abır-həya etmək əvəzinə Şuşada oteldə feyziyyab olursan.
Bəlkə, Şuşanı da Abşeronun gününə salmaq istəyirsən, Gülməmmədova ?
Bəlkə, könlündən Şuşanın icra başçısı olmaq keçir, ayyy...Gülməmmədova ?
Atalar deyib ki, utanmasan oynamağa nə var. Amma sənin oyunların artıq bitib. Get, Balakəndən gətirdiyin xınıq-salxaq çamadanını “kraskala”, yır-yığış elə, lazım olacaq...