HƏP Ağdam rayon təşkilatının sədiri Azərbaycan xalqını Zəfər Bayramı münasibəti ilə təbrik etdi

HƏP Ağdam rayon təşkilatının sədiri Azərbaycan xalqını Zəfər Bayramı münasibəti ilə təbrik etdi

Azərbaycan xalqını Iki il əvvəl Cənab Ali Baş Komandan, İlham Əliyevin komandanlığı altında rəşadətli Ordumuz əsl qəhrəmanlıq göstərdi, Ermənistanın ardıcıl təxribatlarının və yeni məkrli planlarının qarşısını almaq, işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə çox böyük uğurlar əldə etdi. Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri noyabrın 8-də 28 illik həsrətdən sonra işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək nadir əməliyyatlardan biridir. Sizin dediyiniz “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi artıq vətənpərvərlik harayına çevrildi. Ölkəmizin ərazisinin ayrılmaz tərkib hissəsi olan, 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalmış Qarabağımızın cəmi 44 gün ərzində azad edilməsi HƏP üzvüləri olaraq bütün Azərbaycan xalqı kimi bizimdə böyük sevincinə səbəb oldu. Bayramınız mübarək əziz Azərbaycan xalqı
Qarabağ Azərbaycandır!

HƏP Ağdam rayon təşkilatının sədiri Elnur Abdullayev

HƏP Ağdam rayon təşkilatının sədiri Azərbaycan xalqını Zəfər Bayramı münasibəti ilə təbrik etdi