Meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib

Meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib



Obyektiv.info xəbər verir ki, Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov qətl törədib. Məlumata görə, 1984-cü il təvəllüdlü meyxanaçı İsgəndər adlı şəxsi bıçaqla öldürüb.
Hadisə Qaradağ rayonu ərazisində baş verib. R.Əmirov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib. Faktla bağlı araşdırma aparılır.

Rəşad Dağlının öldürdüyü şəxs qonşusu olub. Meyxanaçı ilə İsgəndər adlı şəxs arasında mübahisə zəminində dava düşüb.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.