Abel Məhərrəmovun QIZININ UŞAQ BAĞÇASINDA NƏ BAŞ VERİR???

Abel Məhərrəmovun QIZININ UŞAQ BAĞÇASINDA NƏ BAŞ VERİR???




-“Qlobus” uşaq bağçasında yaşanan biabırçılıqlar haqda vətəndaş Samir Məmmədov yazıb.

Bu ilin sentyabrının 6-sı Yasamal rayonundakı “Qlobus” uşaq bağçasına müraciət edib. Onun əsasında 5 yaşlı övladı bağçaya qəbul olunub: “Bir ayın qiyməti 450 azn idi. Məbləğ yüksəkdi, səbəbini bağça rəhbərliyi keyfiyyətli xidmətlə izah etdi. Razılaşdım. Bağçaya gedişin 24-cü günü ( Sentyabr ayının 30-u) uşaq bağçada xəstələndi. Xəstəlik vərəqəsi açıldı. Oktyabr ayının 1-i bağçadan oktyabr ayının ödənişini tələb etdilər. “Uşaq xəstədir, hələ billmirik nə zaman sağalar.
Sağalandan sonra qalan günlərdən etibarən ödəniş edərəm”- bildirdim. İsrarla “gəlməyən günləri növbəti aydan nəzərə alacağıq” deyərək ödənişi istədilər. Razılaşdım və 450 azn ödədim. Uşağa baxan Aytən həkim, uşağın vəziyyətinin çox ciddi, sətəlcəm olduğunu bildirdi. Qızdırma 40c-yədək qalxırdı. Həkim bağçada infeksiyanın yayılma ehtimalını nəzərə alaraq uşağa ev şəraitində baxmağı qəti şəkildə məsləhət gördü. 2 həftə keçməsinə və müalicə olunmasına baxmayaraq övladımın xəstəliyi keçmirdi. Vəziyyəti “Qlobus” bağçasının icraçı direktoru Sona xanıma ərz edərək uşağı bağçadan çıxarmalı olduğumu bildirdim və oktyabr ayı üçün ödədiyim 450 azn məbləği geri qaytarmasını istədim. Sona xanımın cavabı şok effekti yaratdı. “Uşaq gəlməsə də, məbləğ batır” -dedi.
“Necə yəni batır? Uşaq üçün heç bir xərc çəkməmisiz, yedizdirməmisiz, yatızdırmamısız, təlimçi cəlb etməmisiz, nəyə görə o məbləği geri qaytarmırsız? Xidmət verməmisiniz, uşağa baxmamısınız – nəyin haqqıdır bu? Bəlkə, o pulu, buradakı havalandırma və ya temperatur nizamsızlığına görə uşağı xəstələndirdiyiniz üçün alırsız? Mən özüm şikayətçiyəm ki, sağlam uşaq verdim, xəstə edib evə göndərdiniz . Buna görə ödədiyim 450 azn məbləği belə hallar üçün düşünülmüş “tələ” müqaviləyə imza atdığıma görə mənimsəmək istəyirsiniz?” -deyə etirazımı bildirdim.
Buna cavab olaraq Sona xanım : “hara şikayət edirsiniz edin. Müqavilə var, şərtlərdə qeyd olunur ki, pul qaytarılmır” dedi. Sona xanım müqavilədə qeyd olunan “tərəflər arasındakı fikir ayrılığı danışıqlar yolu ilə nizamlanır” prinsipinə ümumiyyətlə yaxın durmadı. Onun cavabı bütün dəyər və normalara qarşı gələn cavab idi.
“Qlobus” bağçası özəl olduğuna görə kimə aid olduğunu araşdırdım.
Məlum oldu ki, bağça Abel Məhərrəmovun qızı Nərminə Sadıqovaya məxsusdur.
Məsələyə köməklik göstərməsi üçün ona müraciət etdim. O da “müqavilə var, heç nə edə bilmərik” dedi.
Nərminə Sadıqova başda olmaqla mülkiyyətçisi olduğu “Qlobus” bağçasının bütün rəhbər heyəti yalnız “məbləği müqavilə şərtlərinə görə qaytarmamalıyq” deməklə insani etik dəyərləri heçə saydılar. Biznes etikasını tapdaladılar. 450 azn məbləğində haqsız qazanc əldə etmək uğrunda hər formaya girdilər. Axı necə bir insanı öz pul iştahı bu hala sala bilər? bilər? Axı siz ali təhsil müəssisəsində gənclərə yüksək dəyərləri öyrədən müəllimsiniz. Axı siz gələcək nəsillərə ədalət və həqiqət anlayışlarını ötürən pedaqoqsunuz. Axı siz “Qlobus” uşaq bağçanızdan şəxsi büdcənizə haqsız daxil olan 450 manata ehtiyacı olmayan ziyalısınız. Axı siz intellekt xəzinəsinin arxasınca gedən elm adamısınız. Yoxsa, yanılıram? Bəlkə siz gənclərə maddiyyatdan başqa heç nə izah etməyən, haqsız qazanc əldə etməyin yollarını göstərən, elmi maddiyyatdan üstün görən, yalnız pulun arxasınca gedən bir insansınız? Siz, Nərminə xanım…siz kimsiniz?
Siz cavab verməsəniz də, inanıram ki, xalq kim olduğunuzun qərarını verəcək”

Tribuna.Az