HƏP sədiri Əli İnsanov YAP-ın yaranmasının30 iliyi münasibəti ilə İlham Əliyevi təbrik etdi

HƏP sədiri Əli İnsanov  YAP-ın yaranmasının30 iliyi münasibəti ilə İlham Əliyevi təbrik etdi


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ,
YENİ AZƏRBAYCAN PARTİYASININ SƏDRİ
İLHAM ƏLİYEV CƏNABLARINA !

Lideri olduğunuz Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm.
Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan Xalqının Lideri prezident Heydər Əliyevin əziz xatirəsini bu gün böyük hörmət və ehtiramla yad edir, insanların şüurunda buraxdığı izləri və qəlblərdə yaşatdığı sevgini qürurla xəyalımda canlandırıram.
Prezident Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qızıl Fondu adlandırdığı məşhur 91-ləri ehtiramla yada salır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanları isə bu Yubiley Bayramı münasibətilə ən xoş duyğularla təbrik etməyi özümə borc bilirəm.

Cənab Prezident !

Sizin, Azərbaycanın şanlı Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi 44 günlük Vətən savaşında tarixi zəfəriniz, uzun illərin Qarabağ problemini həll edə bilməyiniz xalqımızı sevindirdi və xalqın unudulmaz Lideri Heydər Əliyevin ruhunu şad etdi.

Cənab Prezident !

Sizi bir daha Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi, ölkəmizin firavanlığı və Xalqımızın xoşbəxtliyi uğrunda bütün sahələrdə apardığınız işlərdə uğurlar arzulayıram.

Hörmətlə,
HƏP sədri Əli İnsanov.

19 noyabr 2022 - ci il.