Ölkənin BAŞ NOTARİUSU Mehman Soltanov nə üçün tez-tez Gürcüstana gedir..? – 30 ildir notariusdan milyonlar qazanan Soltanov bu pulları hansı sahəyə yatırır..?

Ölkənin BAŞ NOTARİUSU Mehman Soltanov nə üçün tez-tez Gürcüstana gedir..? – 30 ildir notariusdan milyonlar qazanan Soltanov bu pulları hansı sahəyə yatırır..?

ədliyyə naziri cənab Fikrət Məmmədov Kollegiya iclasında notariat sahəsində baş verən rüşvət və cinayət hallarına görə, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədovu iclasda vəzifəsindən azad elədi və səlahiyyətləri onun müavini Mehman Soltanova verdi. Sual oluna bilər ki, müavin Mehman Soltanovun guya o boyda əməllərdən xəbəri yox idi..? Əksinə, Mehman Soltanov o cinayət əməllərinə və nazirin dediyi rüşvət tüğyanına şərik idi. Mehman Soltanov sonuncu müsahibəsində deyir ki, İnşaAllah yaxın zamanda qarabağlılar, ağdamlılar öz vətənlərinə qayıdacaqlar, orada notariat kontorları açacağıq və s. Cənab Soltanov, indi də gedib Qarabağda yığmaq istəyirsən..?
Qısa məlumat üçün onu da qeyd edək ki, Mehman Soltanovun nəzarəti altında hazırda Azərbaycanda 155 notariat kontoru fəaliyyət göstərir. Onlardan 99-u dövlət, 56-sı xüsusi notariat kontorudur. Notarius fəaliyyəti ilə isə 173 nəfər məşğul olur. Onlardan 104 nəfəri dövlət, 69 nəfəri xüsusi notariat kontorlarında fəaliyyət göstərir. İndi Mehman Soltanovun biznesinin miqyasını təsəvvür edin.
Onu da qeyd edək ki, Mehman Soltanovun kantorları şəxsiyyət vəsiqəsi olmadan adi sürücülük vəsiqəsi ilə rəsmi sənədləri təsdiq edir. Amma ASAN xidmət şəxsiyyət vəsiqəsi olmadan heç bir sənədi təsdiq etmir. Mehman Soltanovun notariusları isə “PULUNU VER, nə şəxsiyyət vəsiqəsi..” qaydası ilə işləyirlər.

Sözün qısası, Mehman Soltanovun əməlləri bununla bitmir. Cənab Baş İdarə rəisinin biabırçı xobbisi də var. Baş notarius tez-tez Gürcüstana, Tbilisi şəhərinə gedir. Və hər dəfə də böyük problemlərlə üzləşir. Notariuslar deyir ki, şefin problemlərini həll etməkdən bezmişik. Bu başqa bir yazının mövzusudur. Həmin mövzuda, 2.400 000-lik problem və onun həlli yollarından bəhs olunacaq.
Sözün qısası, mühüm dövlət qurumuna rəhbərlik edən bu adamın əməlləri heç bir qanuna sığmır. Yəqin ki, yaxın zamanda Mehman Soltanov qanun qarşısında cavab verəcəkdir.Gündəlik Bakı