“Ovçular Ət və Ət Məhsulları” MMC-nin fəaliyyəti niyə araşdırılmır…?

“Ovçular Ət və Ət Məhsulları” MMC-nin fəaliyyəti niyə araşdırılmır…?


Çox maraqlı məqamlardan biridə Ət və Ət Məhsulları istehsalatı ilə məşğul olan “Ovçular MMC” Azərbaycan xalqının sağlamlığını yoxsa şəxsi maraqları çərçivəsində varlanmağımı düşünür…?

Bu sualımıza cavab tapmaq yolunda apardığımız araşdırmalardan da məlum olur ki, bu tip şirkətlərin xalq millət anlayışından tamamillə kənar fəaliyyətdədir. Fəaliyyətləri zamanı sadə dəyərlər belə nəzərə alınmır desək yanılmarıq. Şirkət rəhbəri Səməd Cəfərov mediada gedən tənqidi materyaların silinməsi üçün illərdir əlindən gəldiyi qədər səylər göstərir. Bunun bariz nümunəsi isə məhs media qurumlarıdır. Beləki tənqid edilən fəaliyyəti göz qabağında görünməməsi üçün internet portallarında gedən məqalələr kimisini pula, kimisini tanışlıqla və kimisinə isə təzyiqlə silinməsinə nail olunub. Hətta qeyd etməliyik ki şəxsin özü ilə bağlı jurnalistlərə verdiyi məlumat da bu gün yalan olması meydana çıxıb. Şəxs özünü media əməkdaşlarına 4 il əvvəl Aparatda şöbə rəhbəri olduğu haqda məlumat verərək jurnalıistlərin birazda olsa çəkinəcək yer qoymuşdur. S.Cəfərov unudur ki jurnalist heç bir qurumdan asılı peşə deyil. Odur ki, S.Cəfərov hərbi sahədə işləmiş daha sonra “Ovçular Ət və Ət Məhsulları” MMC təsis edərək fəaliyyətinə bu sahədən başlamışdır. Sahəsindən asılı olmayaraq bir şəxs istehsalı zamanı kənar şəxslərin təhlükəsizliyini qanunla qarumaq məsuliyyəti daşıyır. Lakin şirkət bir mənalı olaraq xalqın təhlükəsizliyini düşünmür. Reseptinə belə əlavə etdirdiyi məhsulun nə qədər ziyan verici olduğunu bilərəkdən qurumlarla anlaşmış və o maddəni istehsalına əlavə etdirmişdir. Dünyanın heç bir məhsulunda resepturada bu maddə qeydiyyata alına bilməz. Lakin Azərbaycanda məmur özbaşınalığı sayəsində Səməd bəyin pulunun canı sağ olsun deyib əlavənidə ediblər. analoqu olmayan qərarlar verilib. Səhv qərarın kütləvi bəlasını xalq millət çəksin deyərəkdən fəaliyyətləri davam etdirilir. Bu isə məhsulun nə qədər təhlükəli olmasından tam olaraq xəbər verir. Çox uzaqa getmədən Ət və Ət Məhsullarına vurulan bu maddənin varlığı məhsulun satışa buraxılmamasına kifayət etməlidir. S.Cəfərov Azərbaycan xalqına bu zərəri bilərəkdə niyə vurur sualı isə burda yaranır….

P.S. Qida Agentliyinin səlahiyyətli şəxsləri məhsulun tam yararlılığına hansı kriterlərə əsaslanaraq liçenziya verərək bu məhsulun satışa getməsinə izin verməkdədir. Bəzi media orqanlarında Ət və Ət Məhsulları olan Ovçuların kolbasalarına kardon qatması göstərilirdi, lakin bu həqiqət deyil. Həqiqət budur ki gündəlik müddətinin ötməsinə az qalan məhsulların yenidən dəzgahlar vasitəsi ilə istehsala verildiyi məlumatlarıda daxildən gələn informasiyadır. Bu informasiya iş sayəsində şəxslərin qanunlara deyil şəxsi maraqlar xidmət etməsi açıq görülməkdədir.

Araşdırmamız davam edir bizi izləməyi unutmayın…

“Ovçular Ət və Ət Məhsulları” MMC-nin fəaliyyəti niyə araşdırılmır…?

İSO və QİDA bu məsələlərə hansı səpkidən yanaşır….?
Yoxlama qrupları fabrikin daxilindən analizlərin götürülməsi üçün niyə içəri daxil ola bilmirlər…?
QİDA Agentliyinin hansı yüksək çinli məmuru ilə Səməd Cəfərovun maraqları eyni mənsəbə quluq edir…?
Bir çox sual və məqamlara hələ toxunacağır.

Səma Naz