Obyektiv.info
 Valyuta məzənnəsi

Ağdamda 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Tarix:21-10-2018, 09:37

Ağdamda 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

17 oktyabr 2018-ci ildə Quzanlı qəsəbə Mədəniyyət evində Ağdam Rayon İcra Hakimiyyətinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 09 oktyabr 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Ağdam Rayon İcra Hakimiyyəti başçısı cənab Vaqif Həsənov, Ağdam rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, qəsəbə və kənd nümayəndələri, bələdiyyə sədrləri, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İclasda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2018-ci ilin doqquz ayı ərzində Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Quzanlı qəsəbəsində akademik Xudu Məmmədov adına küçəyə asfalt-beton örtük salınıb. Muğam Mərkəzinin tikintisi yekunlaşıb. 360 şagird yerlik orta məktəb binasının inşası davam etdirilir. Bu günlərdə İmamqulubəyli kəndində tibb məntəqəsinin tikintisinə başlanılıb. Qeyd edilib ki, bütün bu görülən işlər növbəti rübdədə davam edəcək və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcəkdir.
İclasda Aqrar sahədə görülən işlərdən danışılaraq bildirilib ki, ilin doqquz ayında 44 min 655 ton buğda, 7505 ton arpa, 80 min 728 ton tərəvəz, 5923 ton kartof, 15 min 118 ton şəkər çuğunduru istehsal edilib. Bundan başqa rayon kümçüləri tərəfindən 17,1 ton barama tədarük olunub. Hazırda 3100 hektar sahədə becərilən pambığın yığımı davam etdirilir. Rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi məqsədilə 1859 baş heyvan süni yolla mayalandırılıb, 1119 baş sağlam bala alınıb.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərlə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Quzanlı qəsəbəsi 360 şagird yerlik məktəbin, boks və taekvando məktəblərinin, Ağdam Atçılıq Kompleksinin, İmamqulubəyli kənd körpələr evi-uşaq bağçasının və İmamqulubəyli kənd tibb məntəqəsinin tikintisinin başa çatdırılması, Quzanlı qəsəbəsində Heydər Əliyev adına parkın yenidən qurulması, Evoğlu, Zəngişalı, Üçoğlan kənd tam orta məktəbinin, Qaradağlı və Birinci Baharlı körpələr evi-uşaq bağçalarının təmir edilməsi qarşıda duran vəzifələrdir.

Ağdamda 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Ağdamda 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Ağdamda 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Ağdamda 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Oxunub: 192



XƏBƏR LENTİ