Obyektiv.info
 Valyuta məzənnəsi

İcra başçısından şikayət edən:”Prezidentin tapşırıqlarını qulaq ardına vuran adi vətəndaşı sayarmı?!

Tarix:18-02-2019, 12:41

İcra başçısından şikayət edən:”Prezidentin tapşırıqlarını qulaq ardına vuran adi vətəndaşı sayarmı?!

Sosial şəbəkədə Bəxtiyar Ağdarəli adlı istifadəçinin yaydığı məlumata görə Bərdə rayonunda bir ailə var ki, çox çətin durumda yaşayır. Ailənin üzvləri xəstəliklərdən əziyyət çəkir. Himayələrində 3 və 6 yaşlarında övladları olan bu ailənin nə işıqları yanır, nə qazları gəlir. Tia.az istifadəçinin yazdığı satusu təqdim edir:

”Bir xeyirxah insan Bərdə Rayon qaz idarəsinin balansına 263 manat pul köçürüb ki, bu ailənin evinə qaz çəkilsin. Layihəni gözləyilər ki,çəkiliş başlasın. Fevralın 8-si ailə baçısı Hüseynov Zaminlə birlikdə Bərdə Rayonun icra başçısı Vidadi İsayevin qəbulunda olduq. Bərdə Rayon idarə müdirləri də iclasda idilər. Bərdə Rayon icra baçsına bildirdim ki, Hüseynov Zaminin ailəsi çox çətin durumda yaşayır, hətta intihara cəhd ediblər, bu haqda Bərdə Rayon polis idarəsi də 102 xidməti də məlumatlanıb.

Vidadi İsayevə bildirdim ki, Prezident İlham Əliyev bildirir ki, “məmur xalqın xidmətçisi olmalıdı, başda da mən olmaqla”. İndi gəlin gedək yerində vətəndaşın durumunu öz gözünüzlə görün. Getmirsizsə də nümayəndə göndərin. Vidadi İsayevə bildirdim ki, bu ailə haqda prezident.az saytına da yazmışam.

Bu haqda sosial şəbəkələrdə də paylaşım etmişəm. Vidadi İsayev Bərdə Qaz idarəsinə dedi “ora qaz çəkin,vəssalam. Bu ailənin yoxsulluq içində yaşamağına nə ad vermək olar?! Heç olmasa uşaq pulu da verilmir ki,bu yoxsul ailəyə kömək olar. Vidadi İsayevə söylədim ki,”siz Prezidentin göstərişlərinə əməl etməlisiz,vətəndaşın yanında olmalısız,niyə bu vətəndaşları hökumətdən narazı salırsız, məqsədiniz nədir?! Vidadi İsayev sanki yatmışdır, mənim bu sözlərimə cavab da vermədi.Əziz oxucular, prezidentin tapşırıqlarını qulaq ardına vuran adi vətəndaşı sayarmı heç siz deyin?! Azərbaycanda məmur özbaşınalığı baş alıb gedir. Bu ailə haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etmişəm. Sosial yardım alması üçün mənə bildiriblər ki ,elektron müraciət edin. Deyirəm ailə acnacaqlı durumdadır. Gəlin yerində araşdırma aparın, lal,kar, kor olular bunu deyəndə. Əziz dostlar, xahiş edirəm paylaşın ,bu ailəyə dəstək olaq,hər birinizə təşəkkür edirəm”.

Oxunub: 152



XƏBƏR LENTİ