Obyektiv.info
 Valyuta məzənnəsi

Prezident “Diqlas”dakı yanğını nəzarətə götürdü

Tarix:28-03-2019, 11:00

Prezident “Diqlas”dakı yanğını nəzarətə götürdü

"Diqlas" Ticarət Mərkəzində baş verən yanğın Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.

Metbuat.az xəbər verir ki, bu barədə "Diqlas"dakı yanğından zərərçəkənlərlə görüşdə Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov deyib.

PA rəsmisi vurğulayıb ki, zərərçəkənlərə kompensasiyanın verilməsi ölkə başçısının şəxsi təşəbbüsüdür: ""Diqlas"da baş verən yanğınla əlaqədar Komissiya yaradılacaq. Bu məqsədlə zərərçəkənlərin də iştirakı ilə yanğın yerinə baxış keçiriləcək. Müəyyən ediləcək ki, kimə nə qədər zərər dəyib. Bu iş obyektiv şəkildə, halallıqla olmalıdır. Unutmayın ki, məsələ prezidentin diqqət mərkəzindədir və prezident verdiyi sözə hər zaman əməl edir".

Oxunub: 107



XƏBƏR LENTİ