Obyektiv.info
 Valyuta məzənnəsi

OPEC-in baş katibi: Biz Azərbaycan Prezidenti İlham Əliyevin çağırışı nəticəsində işləməyə başladıq

Tarix:22-01-2020, 18:58

OPEC-in baş katibi: Biz Azərbaycan Prezidenti İlham Əliyevin çağırışı nəticəsində işləməyə başladıq


Biz Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən rəhbərliyi, çağırışı nəticəsində işləməyə başladıq.

XəzərXəbər xəbər verir ki, bu sözləri Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Davosda Prezident İlham Əliyevlə görüşdə deyib.

M.Barkındo bildirib: "Cənab Prezident xatırlayırsınızsa, beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməyib. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdik və onu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü.

Biz ən pis vəziyyətin şahidi idik. Cənab Prezident, Sizin uzaqgörən rəhbərliyiniz, çağırışınız nəticəsində biz işləməyə başladıq. Biz 2016-cı il dekabrın 10-da, daha dəqiq, 12 ay müddətində əməkdaşlıq bəyannaməsini 24 ölkə ilə imzaladıq.

Tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizin də qeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalıb”.

Oxunub: 76



XƏBƏR LENTİ
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi
Dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Azərbaycan ordusunun generalı şəhid olub - Rəsmi açıqlama
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
Paşinyanın arvadı azərbaycanlı analara müraciət etdi
DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı. Fotolar
İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...
Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı
Baş prokurorluqdan azyaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılmış yeni məlumatlar haqqında AÇIQLAMA
Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı - VİDEO
Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"
Ata övladlığa götürdüyü azyaşlı qızı ilə evlənə bilər
DİN onların saxlanma GÖRÜNTÜLƏRİNİ YAYDI – Əməliyyat videosu
DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı
Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM
Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir
“Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM