Obyektiv.info
 Valyuta məzənnəsi

Ağdam Rayon İcra Hakimiyyəti ilə bağlı yazılan böhtanlar həqiqəti əks etdirmir

Tarix:11-04-2020, 15:08

Ağdam Rayon İcra Hakimiyyəti ilə bağlı yazılan böhtanlar həqiqəti əks etdirmir

Medianın əsas vəzifəsi cəmiyyəti tərəfsiz, operativ və obyektiv informasiya ilə təmin etməkdir. Təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra KİV-lər daha çox oxucu kütləsi toplamaq, reytinq qazanmaq xatirinə yoxlanılmamış, təsdiq olunmamış məlumatlar yayırlar. Bəzən isə həmkarlarımız bilərəkdən və ya bilməyərəkdən kimlərinsə maraqlarına xidmət edir, məqsədli piar kompaniyası aparırlar.

Rubrika.Az bildirir ki, dünən 09.04.2020-ci il tarixdə saytımızda “Ağdam Rayon İcra Hakimiyyətinin yardım hiyləsi üzə çıxdı – FOTO” başlıqlı yazı dərc edilmişdir. Saytımızla əlaqə saxlayan Ağdam Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı qeyd olunan informasiyalardan xəbərdar olduqlarını bildirərək deyilənlərin əsassız, tamamilə həqiqəti əks etdirmədiyini bildirib. İcra Hakimiyyətindən bildirilib ki, yazılanlar tamamilə yalan və böhtan xarakterlidir və bütün bunların hansı məqsədlə edildiyindən də xəbərsizdirlər.

Rubrika.Az saytına daxil olan məlumatda bildirilib ki, Ağdam rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin xeyirxah təşəbbüsünə qoşularaq Ağdam Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar. Eyni zamanda Ağdam Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 45750 manat vəsaiti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Eyni zamanda məsələnin kifayət qədər ictimai maraq doğurmasını nəzərə alaraq saytımıza daxil məlumatda olan bildirilir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilib, onlara ərzaq yardımı göstərilir.

Bu günə qədər rayon ərazisində və digər rayonlarda məskunlaşan Ağdamlı məcburi köçkünlərdən daha çox ehtiyacı olanlara ümumilikdə 500-dən ərzaq bağlaması göndərilib. Gündəlikdə bu iş davam etdirilir. Hər gün orta hesabla 50-60 ailəyə baş çəkilir, onlara ərzaq bağlamaları paylanılır.

Əlavə olaraq Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Quzanlı qəsəbəsində fəaliyyət göstərən "AĞDAM MARKET"-də “Ehtiyacın var götür, imkanın var əlavə” aksiyası başladılıb. Burada imkansız, ehtiyacı olan sakinlərin pulsuz ərzaq əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz ərzaqla təmin etməkdir. İndi bir çox ailələr, vətəndaşlar bu xeyirxah təşəbbüsdən bəhrələnirlər.

Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Ölkə xaricində yaşayan Ağdamlılar tərəfindən də ahıl, kimsəsiz və daha çox ehtiyacı olan olan 150-dən çox ailəyə baş çəkilib, onlara ərzaq yardımı göstərilib.

Rubrika.Az-a daxil olan məlumata əsasən, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyyələrinə rayonda ciddi əməl olunur. Operativ Qərargahın qərarına uyğun olaraq Ağdam rayonunda bütün park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədi ilə giriş məhdudlaşdırılıb. Məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb. Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Yaşayış məntəqələrində, həyətlərdə, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri mütəmadi həyata keçirilir.

Oxunub: 152

XƏBƏR LENTİ