Obyektiv.info
 Valyuta məzənnəsi

İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

Tarix:6-07-2020, 17:07

İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”


Füzuli Rayon Mənzil İstismar İdarəsi və Füzuli Rayon Kommunal Müəssisələr Kombinatı “Şans-77” MMC ilə toplam maliyyə dəyəri 134 815.69 AZN olan 3 müqavilə imzalayıb.

Rubrika.Az yenisabah.az-a istinadən xəbər verir ki, sözügedən MMC Füzuli Rayon Mənzil İstismar İdarəsi ilə bağladığı müqaviləyə əsasən (məbləğ 49 600.19 AZN) Horadiz şəhərində 20 yanvar küçəsini abadlaşdırmalıdır.

Füzuli Rayon Kommunal Müəssisələr Kombinatının “Şans-77” ilə bağladığı 2 müqaviləyə gəlincə, MMC Horadiz şəhərində “Heydər parkı”nda və qarşısındakı kiçik parkda abadlıq işlərini və işıqlandırma sisteminin yaxşılaşdırılmasını (məbləğ 49 498.5 AZN) və dəftərxana, təsərrüfat, maşın və mexanizmlərin təmiri işlərini (məbləğ 35 720 AZN) həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Şans-77” MMC 24 dekabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor (Daş karxana), ev 190-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Həşimli Nicat Miryəhya oğludur.

Açıq mənbələrdə Nicat Həşimli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu şirkətə gəlincə, bir ildir yaranmasına baxmayaraq artıq Füzuli rayonunun büdcə təşkilatlarının keçirdiyi bir neçə tenderin qalibi olub. Məsələn, az əvvəl MMC fəaliyyətdə olan körpələr evi-uşaq bağçalarına maşın və avadanlıqların 54 850 manat dəyərində satınalınmasının qalibi olub.

Mediada gedən xəbərlərə görə, şirkət əslində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin nəzarətindədir. Bildirilir ki, icra başçısı tez-tez bu sayaq MMC-lər təsis edir və tenderlər də adətən bu şirkətlərin arasında bölüşdürülür. Konkret olaraq may ayında Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi və toplam maliyyə dəyəri 538 690 AZN olan 3 tenderin qalibi yeni yaranmış şirkətlər olub. Söhbət “Çinar-N” MMC (məbləğ 199 326 AZN), “Xəmsə-M.X” MMC (məbləğ 199 221 AZN) və “Ağçala-LM” MMC-dən (məbləğ 140 143 AZN) ilə bağlanan müqavilələrdən gedir.

Müqavilələrdə Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun, H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri və “sair xərclər" nəzərdə tutulub. Bu şirkətlərin üçü də cari ilin fevral ayında yaranıb. Yəni, yaranmalarından 2 ay sonra onlar iri məbləğli tenderlərin qalibi olublar.

“Çinar-N” MMC 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131 olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.

“Xəmsə-M.X” MMC isə 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, bu şirkətlə “Çinar-N” MMC-nin hüquqi ünvanı üst-üstdə düşür. Yəni, “Xəmsə-M.X” MMC də Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Mustafazadə Xəyal Aqil oğludur.

“Ağçala-LM” MMC-yə gəlincə, bu şirkət 27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Bayramov Emin Elşad oğludur. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. Bu şirkət də Füzuli rayon Kommunal Müəssisələr Kombinatının 191 000 manatlıq müqavilə imzaladığı “Qədim Yurd” MMC ilə eyni ünvanda yerləşir.

Oxunub: 139



XƏBƏR LENTİ
İcra başçısı şəhidin barelyefinin qoyulmasına, bulaq tikintisinə imkan vermədi
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri...
Unibank Bərdədə müəllimi necə "yüklədi"
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini