Obyektiv.info
 Valyuta məzənnəsi

Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş – Baş infeksionist

Tarix:7-07-2020, 17:01

Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş – Baş infeksionist


Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş – Baş infeksionist

İki həftəlik sərt karantin rejimi koronavirusa yoluxanlarının sayının azalması və xəstəxanaların yükünün normaya düşməsi baxımından vacibdir

Obyektiv.info “Azvision.az”a istinadən xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, gündəlik yoluxma göstəricilərində artım tempi müşahidə edilir: “Sərt karantinlə insanlar arasında yoluxmanın sayının azalmasına nail olmaq istəyirik. Məqsəd budur. Sərt karantin rejimində yoluxanların sayının nə qədər olması iki həftəyə bilinəcək. Nəticə insanların özündən asılıdır. Vətəndaşlarımız tövsiyələrə əməl edərlərsə, maska taxarlarsa, istədiyimiz nəticəni əldə edə bilərik”.

C.İsayev bildirib ki, xəstəxanalar kifayət qədər koronaviruslu xəstələrlə dolub: “Bunun öhdəsindən hələlik gəlinir. Lakin vəziyyət bundan ağır olarsa, o zaman işimiz çətinləşəcək. İnsanlar arasında ictimai qınaq olmalıdır. Bu, olarsa, maskadan istifadə edənlərin sayı artır. Lakin hazırda ictimai qınaq demək olar ki, yoxdur. İnsanlar “daş məndən keçdi, kimə dəydi, dəydi” deyə fikirləşir”.

Baş infeksionist qeyd edib ki, sərt karantin rejiminin tətbiq edilməsinin məqsədi insanlar arasında təmasın olmaması və infeksiyanın yayılmasının qarşısının alınmasıdır: “Yenə deyirəm ki, buna nə qədər əməl edilməsi insanlardan asılıdır. Dövlət lazım olan bütün işləri görür. Lakin təəssüf ki, bir çox insanlar buna əməl etmir. Onlar qaydalara əməl etmirsə, dövlət nə etsin?

Dövlət kifayət qədər tədbirlər görür, vəsait ayırır. Həkimlərimiz gecə-gündüz xəstələrin sağlamlığının keşiyində durur, yorulmadan, hətta yorğun olsalar belə işləyirlər. Yoluxma hallarının artmasına rəğmən qaydalara əməl etməyən insanlar var, xüsusən gənclər çoxluq təşkil edir. Hamı bunu görür, lakin qınaq yoxdur. Vətəndaşlarımızdan çox şey asılıdır”.

Oxunub: 356



XƏBƏR LENTİ
İcra başçısı şəhidin barelyefinin qoyulmasına, bulaq tikintisinə imkan vermədi
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri...
Unibank Bərdədə müəllimi necə "yüklədi"
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini