Obyektiv.info
 Valyuta məzənnəsi

DİN rayonlarda “Subsidiya” əməliyyatına başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı - Yenilənib

Tarix:9-07-2020, 16:06

DİN rayonlarda “Subsidiya” əməliyyatına başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı - Yenilənib


Daxili İşlər Nazirliyinin Mütəşəkkül Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kənd Təsərrüfatı Nazirliyi ölkədə fermerlərə verilməli olan subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib...
Əməliyyat ölkənin bir neçə rayonunda keçirilib. Əməliyyat zamanı özəl sektorun onlarla əməkdaşı mənimsəmədə ittiham olunaraq saxlanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin külli miqdarda aqrar subsidiyaları mənimsəməsi faktı üzə çıxıb.

Saxlanılan şəxslərin əksəriyyatı ölkədə gübrə təchizatçısı olan şirkətlərin rəhbərləridir. Hazırda əməliyyat davam etdirilir. Hadisə barədə ictinaiyyətə yaxın vaxtlarda məlumat veriləcək.

***

DİN Kənd Təsərrüfatı Nazirliyi ilə birgə kənd təsərrüfatı sahəsində vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

Əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Kənd təsərrüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaların mənimsənilməsilə bağlı özel sektorda vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Məlumatlara görə, 15-dən çox rayonda fermerlərə ayrılan subsidiyalar mənimsənilib.

Əməliyyat barədə ictimaiyyətə geniş məlumatın veriləcəyi bildirlir.(trend)

Oxunub: 351



XƏBƏR LENTİ