Obyektiv.info
 Valyuta məzənnəsi

DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı

Tarix:11-07-2020, 17:55

DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı


Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Obyektiv.info-nun xəbərinə görə, DTX-nin saytının yaydığı açıqlamada bildirilib ki, aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Oxunub: 313



XƏBƏR LENTİ
İcra başçısı şəhidin barelyefinin qoyulmasına, bulaq tikintisinə imkan vermədi
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri...
Unibank Bərdədə müəllimi necə "yüklədi"
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini