Obyektiv.info
 Valyuta məzənnəsi

İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...

Tarix:13-07-2020, 17:34

İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...



Vidadi İsayev üçün sahibkarlardan xərac toplayan regional müdiri yoxlayırlar...

Bərdə Regional Mədəniyyət İdarəsində yoxlamalar başlayıb. Bu barədə Obyektiv.info-ya yerli mənbələrdən məlumat daxil olub. Bildirilir ki, yoxlamalar əsasən Bərdə rayon Mədəniyyət şöbəsinin son beş il fəliyyətini əhatə etsə də, ümumilikdə regional idarənin də fəaliyyəti təftiş olunmaqdadır. Yoxlamalara səbəb isə Bərdə Regional Mədəniyyət İdarəsində çox saylı şişirdilmiş ştatların olmasıdır. Mənbə qeyd edib ki, təkcə Bərdədə 800-dən artıq mədəniyyət işçisi var və bu işçilərin təqribən üçdəiki hissəsi "ölü can"dır. Bu isə on minlərlə manat dövlət vəsaitinin hər ay mənimsənilməsi deməkdir. Gələcəkdə isə dövlət həmin "ölü can"lara pensiya ödəyəcək.

Bundan başqa Bərdə Regional Mədəniyyət İdarəsinin müdiri İlyas Hacıyevin minlərlə insanın çalışdığı regional idarənin işçilərinin maaşından ayda 10 manat tutduğu qeyd olunur. Bu pullar isə birbaşa İlyas Hacıyevlə idarənin baş mühasibinin cibinə getdiyi qeyd olunur.

Yoxlamalardan narahat olan Bərdə Regional Mədəniyyət İdarəsinin müdiri isə həbs olunmasından qorxur və vəziyyətdən çıxmaq üçün yollar axtarır. İlk döydüyü qapə isə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev olub. Xatırladaq ki, Bərdədə icra başçısı Vidadi İsayev Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevə xüsusi səlahiyyətlər verdiyini hamı bilir. Hətta İlyas Hacıyevin Bərdədə idarə müdirlərindən və sahibkarlardan icra başçısı üçün "aylıq"
topladığı da Bərdədə daim gəzən şayilərdən birirdir.

Qeyd edək ki, Bərdə Regional Mədəniyyət İdarəsinə 2017-ci ildən İlyas Hacıyev rəhbərlik edir. Ondan əvvəl isə İlyas Hacıyev Bərdə Mədəniyyət idarəsinin rəisi olub. Ölkə mətbuatında İlyas Hacıyevin, həm Bərdə Mədəniyyət İdarəsinin müdiri, həm də Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi işlədiyi dövrlərdə korrupsiya əməlləri barədə çoxsaylı məlumatlar dərc edilib. Həmin məlumatlarda İlyas Hacıyevin Bərdə icra başçısı Vidadi İsayevin ən yaxın adamı olmaqla bərabər, həmçinin başçının "qara kassası" olduğu bildirilir.

Xatırladaq ki, Mədəniyyət Nazirliyində keçirilən (DTX) keçirilən əməliyyatla bağlı yayılan rəsmi məlumatda Bərdə Regional Mədəniyyət İdarəsi rəisi İlyas Hacıyevin hər ay hazırda həbsdə olan Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramova 5000 (beş min) manat rüşvət verdiyi qeyd edilmişdi.
Obyektiv.info
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırırq.
İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...
[video=http://]

Oxunub: 200



XƏBƏR LENTİ
İcra başçısı şəhidin barelyefinin qoyulmasına, bulaq tikintisinə imkan vermədi
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri...
Unibank Bərdədə müəllimi necə "yüklədi"
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini