Obyektiv.info
 Valyuta məzənnəsi

DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...

Tarix:13-07-2020, 19:47

DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...


Rəhim Qazıyevə 2 maddə ilə cinayət işi açılıb...
"Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından mövqelərimizi atəşə tutmuşlar".

Obyektiv.info-nun xəbərinə görə, bu barədə DTX-nin saytının yaydığı açıqlamada bildirilib. Açıqlamada deyilir:

"Görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirilib və o, ciddi itkilər verərək geri oturdulmuşdur. Düşmən təxribatlarının qarşısı alınarkən Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tez bir zamanda sağalmaları üçün şəfa diləyirik.

Cəbhədə baş vermiş döyüşlər zamanı xalqımızın hər zaman olduğu kimi nümayiş etdirdiyi milli həmrəylik və birliyindən, vətəndaş-dövlət vəhdətindən narahat olan düşmən dairələr və antimilli qüvvələrin respublikada ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa, dövlətin, onun ordusunun və digər strukturlarının sistemli fəaliyyətinə zərbə vurmağa uğursuz cəhdləri müşahidə edilməkdədir. Bir qrup şəxs öz çirkin niyyətlərini yerinə yetirmək üçün dövlət sərhədində baş vermiş düşmən təxribatlarından sui-istifadə edərək Silahlı Qüvvələrimizi, Azərbaycan əsgərini, həmçinin hakimiyyət və hüquq mühafizə orqanlarını gözdən salmaq, onlara inamsızlıq yaratmaq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymağa başlamış və dövlət əleyhinə açıq çağırışlar etmişlər. 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Rəhim Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmışdır.

Azərbaycan Respublikasının informasiya sahəsində milli maraqlarına, həmçinin “Dövlət sirri haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq dövlət sirri təşkil edən, ölkəmizin müdafiə potensialına, Silahlı Qüvvələrimizin və ordumuzun döyüş qabiliyyətinə zərər vuran dəqiqləşdirilməmiş, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatların yayılması yolverilməzdir.

Eyni zamanda bir daha diqqətə çatdırılır ki, Azərbaycan Respubliksının milli mənafelərinin və təhlükəsizliyinin qorunmasında xalqın həmrəyliyi sarsılmazdır, düşmən həmlələrinə, antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da qətiyyətlə alınacaqdır. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Oxunub: 26



XƏBƏR LENTİ
İcra başçısı şəhidin barelyefinin qoyulmasına, bulaq tikintisinə imkan vermədi
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri...
Unibank Bərdədə müəllimi necə "yüklədi"
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini