Obyektiv.info
 Valyuta məzənnəsi

Şəmkirin xaraba qalmış “Şəhidlər Muzeyi” və İcra başçısının “vətənpərvər” ,”MTN”-çı oğlu

Tarix:19-07-2020, 14:50

Şəmkirin xaraba qalmış “Şəhidlər Muzeyi” və İcra başçısının “vətənpərvər” ,”MTN”-çı oğlu

Prezident İlham Əliyevin son çağırışı və vətəndaşlarımızın orduya dəstəyindən sonra kütləvi halda insanlar kişili-qadınlı döyüşlərdə iştirak etmək üçün könüllü qeydiyyatdan keçməyə başladılar. Əlbətdə bu qürurverici mənzərə idi. Hər bir Azərbaycan vətəndaşının vətəninin torpağına daş olmaq istəyi. Ancaq vətənpərvərliyi trendə, “qonşudan qalma geri” prinsipinə çevirənlər də oldu.
Bu hal ilə rastlaşdığım üçün bu yazını yazmaq qərarına gəldim. Sosial şəbəkələrdə bir foto gördüm. Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov könüllü döyüşlərə qatılmaq istəyini göstərmək üçün “Səfərbərlik və Hərbi Xidmətə çağırış” idarəsinin qarşısında foto çəkdirmişdi.

Şəmkirin xaraba qalmış “Şəhidlər Muzeyi” və İcra başçısının “vətənpərvər” ,”MTN”-çı oğlu

Maraqlısı odur ki, icra başçısının “könüllü” oğlu bir zamanlar “MTN” mafiyasında “könüllü” yox , “xidməti” olaraq dövlətin verdiyi vəzifə, çiynində rütbə papağında gerblə dövlətdən başqa hamıya xidmət edib. Eldar Mahmudova da Akif Çovdarov da……..
Məlum hadisələrdən sonra isə Gəncə zonasında balıq “monopoliyası”na başlayan “könüllü vətənpərvər” İndi döyüşmək istəyir. Vətən sevgisi əlbətdə ən müqəddəsdir. Ancaq görəsən vətən sevgisi ancaq döyüşdəmi olur?
Əgər səfərbərlik elan olunarsa görəsən onunla bir səngərdə canını təhlükəyə atan vətən övladına ölkənin büdcəsinə, sahibkarına dövlətçilik prinsipinə qənim kəsilib zəli kimi qanını sovuran biri ilə çiyin – çiyinə durmaq necə təsir edəcək?
Görəsən bu “vətənpərvər könüllü” atası Şəmkirin İcra Başçısı Alimpaşa Məmmədova bir dəfə irad bildiribmi ki, insanların yaralı yeri, qan tarixi olan “20 yanvar” faciəsi ilə bağlı tikilən abidənin önündə energetik içkilərin təqdimatını keçirib əylənib gülmək həmən faciədə şəhid olanların ruhuna təhqirdir.
Şəmkirin xaraba qalmış “Şəhidlər Muzeyi” və İcra başçısının “vətənpərvər” ,”MTN”-çı oğlu
Şəmkirin xaraba qalmış “Şəhidlər Muzeyi” və İcra başçısının “vətənpərvər” ,”MTN”-çı oğlu
Şəmkirin xaraba qalmış “Şəhidlər Muzeyi” və İcra başçısının “vətənpərvər” ,”MTN”-çı oğlu
Yaxud da Alimpaşa Məmmədov oğlunu cəmiyyətə vətənpərvər kimi sırıyanda vicdanı sızıldayıb ki, onun yarıtmaz idarə etməsinə görə Şəmkirin “Şəhidlər Muzeyi” xarabalığa çevrilib.

Şəmkirin xaraba qalmış “Şəhidlər Muzeyi” və İcra başçısının “vətənpərvər” ,”MTN”-çı oğlu
Şəmkirin xaraba qalmış “Şəhidlər Muzeyi” və İcra başçısının “vətənpərvər” ,”MTN”-çı oğlu


Şəhidinin muzeyinə, “20 Yanvar” qurbanlarına bu hörmətsizliyi edən başçı Dövlət Təhlükəsizliyi Xidmətinin “təmizləmə əməliyyatı” apardığı bu dönəmdə Tovuzda atəşkəsin pozulmasından istifadə edərək xalqın gözündə xal qazanmaq üçün oğluna “qaç vankomatın qabağında şəkil çəkdir” deməsi ilə əməlləri vətənpərvərliyi yox şou xarakterli göstəriləri xatırladır.
Belə göstəriləri isə Alimpaşa – Adil Məmmədovların iç üzünü bilən insanlarda vətənpərvərlik əhval-ruhiyyəsini öldürür.
Şəhid olanlara sayğı göstərmirsinizsə heç olmasa olmaq istəyənlərin qürurunu qırmayın. Səmimi olun, özünüz olun. Xalq sizi onsuz da tanıyır xalqın tanıdığı kimi olun.

Fərid Abdinov /Azərbaycanın Səsi/

Oxunub: 79



XƏBƏR LENTİ
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Donald Trump TikTok-la razılaşma olmayacağı halda onu qadağan edə bilər